Logo
    main-post-cover

    Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?

    Servislər
    03.11.2023
    Emil
         ABŞ Ədliyyə Nazirliyi ilə Google arasında davam edən məhkəmə prosesi çərçivəsində ortaya maraqlı məlumatlar çıxıb. Həmin məlumatlarda Google Search-dəki hansı axtarış sorğularının şirkətə daha çox gəlir gətirdikləri əks olunub. Təəssüflər olsun ki, məlumatlarda qeyd edilmiş sorğular 22 sentyabr 2018-ci il tarixindən olmuş bir həftəlik axtarış sorğularını əhatə edirlər. Qeyd etmək lazımdır ki, Google adətən bu növ məlumatları ciddi şəkildə sirr olaraq saxlayır və onları heç kimlə bölüşmür.
         Heç də bütün axtarış sorğuları Google şirkətinə gəlir gətirmir. Şirkətin verdiyi məlumata əsasən axtarış sorğularının yalnız 20%-i monetizasiya olunur. Google onları "kommersiya məqsədli axtarış sorğuları" adlandırır. Artıq adından da bəllidir ki, bu cür sorğular nəyinsə alış-verişini əks etdirən axtarış sorğularıdır. Beləliklə 2018-ci ilin sentyabr ayında gəlirliyinə görə sıralanmış axtarış sorğuları aşağıdakı kimidir.
    - iphone 8
    - iphone 8 Plus
    - auto insurance
    - car insurance
    - cheap flights
    - car insurance quotes
    - direct tv
    - online colleges
    - at&t
    - hulu
    - iphone
    - uber
    - spectrum
    - comcast
    - xfinity
    - insurance quotes
    - free credit report
    - cheap car insurance
    - aarp
    - lifelock.
         Beləliklə görmək olar ki, axtarış sorğuları siyahısına 3 iPhone sorğusu daxil olub. Bu heç təəccüblü deyil. Belə ki, həmin vaxtda iPhone 8 smartfonları yenicə satışa çıxmışdılar. Bununla yanaşı siyahıda həmçinin sığorta ilə bağlı 5 sorğu var. Sığorta sahəsi isə həmişə gəlirli sahə olub. Avtomobil sahibləri nadir hallarda sığorta şirkətini dəyişirlər. Buna görə də sığortaçılar üçün Google axtarış nəticələrində önə çıxmaq çox vacibdir. Eyni məntiq həmçinin kabel TV yayımını reallaşdıran şirkətlər, naqilsiz şəbəkə operatorları və online kolleclər üçün də keçərlidir.
    Paylaş