main-post-cover

    Google süni zəka əsaslı Bard çat-botunu Google Assistant-a inteqrasiya edəcək

    Proqram Təminatı
    Servislər
    05.10.2023
    Farid Pardashunas
        Dünən Google şirkətinin özünün Pixel 8 smartfonlarını təqdim etdiyi tədbirdə şirkət Bard adlı süni zəka əsaslı çat-botunu Google Assistant səsli köməkçisinə inteqrasiya edəcəyini elan etdi. Şirkətin fikrincə generativ süni zəka əsaslı Bard çat-botu ilə Google Assistant səsli köməkçisinin sintezi istifadəçilərin sorğularına daha kontekst istiqamətli cavabların təqdim edilməsinə şərait yaradacaq. Bard vasitəsilə təkmilləşdirilmiş Google Assistant-ın yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.
        “Google Assistant zəngli saatın təyin edilməsi və hava proqnozunun təqdim edilməsi kimi sürətli tapşırıqların öhdəsindən yaxşı gəlsə də, biz həmişə düşünmüşük ki, rəqəmsal köməkçi daha çoxunu bacarma imkanına sahib olmalıdır. Lakin bunu etməyə imkan verəcək texnologiyalar indiyənə kimi mövcud deyildi” - deyə Google şirkətinin Assistant və Bard şöbələrinin vitse-prezidenti Sissie Hsiao qeyd edib. Amazon şirkətinin yenilənmiş Alexa səsli köməkçisi kimi yenilənmiş Google Assistant da istifadəçinin sorğularına daha hədəflənmiş cavabları təqdim edə biləcək.
        Məsələn Google Assistant səyahətlərin planlaşdırılmasında, elektron məktubların axtarılması və sıralanmasında, alış-veriş siyahısının tərtib edilməsində və həmçinin mesajların göndərilməsində istifadəçiyə yardımçı olacaq. İstifadəçi öz növbəsində yenilənmiş Google Assistant ilə mətn, səsli əmrlər və ya fotolar vasitəsilə qarşılıqlı əlaqədə ola biləcək. Google bildirib ki, yenilənmmiş Assistant-ın qapalı beta testinə yaxın zamanda start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər