main-post-cover

    Google süni zəka əsaslı bloknot tətbiqini istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    13.07.2023
    Farid Pardashunas
        May ayında keçirilmiş Google I/O 2023 konfransı çərçivəsində şirkət Project Tailwind adlı süni zəka sisteminin prototipini sərgiləmişdi. Bu sistem bəzi hallarda yığılaraq çoxluq təşkil edən sənədlər və qeydlərlə çalışma prosesini sadələşdirmək üçün istifadəçiyə yardım məqsədi daşıyır. İndi isə məlum olub ki, şirkət sənədlər və qeydlərlə çalışmaqda istifadəçiyə yardım olan bu süni zəka sistemi adi istifadəçilərə də təqdim edilib. Project Tailwind ABŞ-da NotebookLM adı altında məhdud sayda istifadəçi üçün istifadəyə verilib. Google bildirib ki, bu məhsulun süni zəka əsaslı dil modeli yalnız istifadəçinin mənbələri və qeydləri əsasında təlimatlandırılır və digər çat-botlarda olduğu kimi internetə çıxış imkanına sahib deyil.
        NotebookLM faktiki olaraq süni zəka əsaslı bloknot rolunda çıxış edir. O, bu və ya digər mətnin qısa tərkibini tərtib edir, mətndəki əsas fikirləri ayırır və həmin fikirlər əsasında yeni ideyaları tərtib edir. NotebookLM-in tətbiqinin hal hazırki versiyası istifadəçinin Google Docs-dan yüklədiyi kontentlər əsasında təlimatlandırılır. İstifadəçi bir neçə sənədini seçərək onlar barəsində suallar vermək və ya onların əsasında yeni sənədləri hazırlamaq üçün NotebookLM-dən istifadə edə bilər. Məsələn istifadəçi NotebookLM-ə hansısa video ideyasını yükləyə və sistemdən həmin ideyanın əsasında ssenarinin tərtib edilməsini istəyə bilər.
        Və ya öz layihəsi üçün əlavə vəsaitlərin cəlb edilməsini istəyən sahibkar NotebookLM-ə öz layhihəsini yükləyə və sistemdən potensial investorların ona hansı sualları verə biləcəklərini soruşa bilər. Bununla belə Google şirkəti bildirib ki, digər süni zəka əsaslı dil modellərində olduğu kimi NotebookLM-in işində də bəzi səhvlər ortaya çıxa bilər. Buna görə də sistem tərəfindən təqdim edilən məlumatları və ideyaları əlavə olaraq yoxlamaqda fayda var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər