Google yaxın aylar ərzində Find My Device servisinin yenilənmiş versiyasını istifadəyə verəcək

Google yaxın aylar ərzində Find My Device servisinin yenilənmiş versiyasını istifadəyə verəcək

Servislər
11.05.2023 PAYLAŞIM

    Google şirkətinin Find My Device adlı servisi yaxın zamanda böyük yenilənmə əldə edəcək. Təqdim ediləcək yenilənmə çərçivəsində sözügedən servis təkcə smartfonların deyil, həmçinin digər cihazların da yerləşdikləri yerləri əks etdirəcək. Servisdə reallaşdırılacaq əsas yenilik tamamilə yeni axtarış sistemi olacaq. Belə ki, axtarış sistemində dünyadakı Android smartfonların əksəriyyəti iştirak edəcək. Hal hazırda Find My Device servisi itmiş smartfonu GPS və internet bağlantısı vasitəsilə xəritədə əks etdirə bilir.


    Bir neçə aydan sonra istifadəyə veriləcək yenilənmiş servis təkcə smartfonları deyil, həmçinin qulaqlıqları, planşetləri və digər cihazları də tapmağa imkan verəcək. Bu barədə məlumat Google I/O 2023 konfransı çərçivəsində verilib. İtmiş cihaz öz yerləşdiyi yer barəsində məlumatları internet bağlantısı vasitəsilə digər smartfonlara ötürəcək. Məsələn Samsung şirkətinin Galaxy SmartTag trekeri bu prinsip vasitəsilə çalışır. Treker internetə qoşulmasa da, onun yaxınlığında olan Galaxy smartfonları onun siqnalını qəbul edə və Samsung serverlərinə ötürə bilirlər. Find My Device servisində bu yeni funksiyanın dəqiq şəkildə nə zaman istifadəyə veriləcəyi bilinmir.



DAHA ÇOX


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..


Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını ge..

×