main-post-cover

    Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır

    Servislər
    05.06.2023
    Emil Nəcəfov
        Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı. Verilmiş məlumata əsasən şirkət onun əsasında Pangu Chat adlı süni zəka əsaslı çat-bot üzərində çalışır. İnsayderlərin sözlərinə əsasən Pangu dil modeli 100 milyard parametrə sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, OpenAI şirkətinin GPT-3 dil modeli 175 milyard parametrdən təşkil edilib. Bununla yanaşı məlumatda qeyd edilib ki, Pangu insanın təbii nitqi əsasında təlimatlandırılıb. O, hava, obyektlərin yerləşdikləri yerlər, mətn və audio ilə bağlı məlumatlarla çalışa, müxtəlif cavabları tərtib edə və böyük olmayan məlumatlar əsasında təlimatlandırıla bilər.
        İnsayderlər bildiriblər ki, Huawei sözügedən dil modelinin daha təkmilləşdirilmiş versiyasına sahibdir və o, 1.1 trilyon parametrdən təşkil edilib. Yəni Pangu-nun təkmilləşdirilmiş versiyası OpenAI şirkətinin GPT-3.5 dil modeli səviyyəsindədir. Huawei təkmilləşdirilmiş versiyanın testləri üçün özünün Ascend-910 adlı 2000 ədəd süni zəka prosessorundan istifadə edib. Gözləntilərə əsasən şirkət öz süni zəka əsaslı çat-botunu 7 iyul tarixində start götürəcək Developer Conference tədbirində təqdim edəcək. Bəzi məlumatlara əsasən şirkət öz süni zəka əsaslı çat-botunu korporativ və dövlət səviyyəsində istifadə aləti kimi təqdim edəcək. Bunun olacağı halda çat-bot adi istifadəçilər üçün aktiv olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər