main-post-cover

    Keçmiş Google əməkdaşları Neeva adlı süni zəka əsaslı axtarış xidmətini istifadəyə veriblər

    Proqram Təminatı
    Servislər
    31.01.2023
    Farid Pardashunas
        Google şirkətinin reklam üzrə keçmiş vitse-prezidenti Sridhar Ramaswamy Youtube sevisinin monetizasiyası üzrə keçmiş vitse-prezidenti Vivek Raghunathan Neeva adlı layihəni istifadəyə veriblər. Onların fikirlərinə əsasən sözügedən layihə veb axtarış sahəsinin qaydalarını dəyişəcək. Sridhar Ramaswamy öz növbəsində axtarış nəticələrində reklam elanlarını və çoxlu sayda linkləri təqdim edən müasir axtarış xidmətlərinə təşəkkürünü bildirib və qeyd edib ki, onları artıq muzeyə göndərməyin vaxtı gəlib çatıb. Neeva adlı yeni platformanın ilk istifadəçiləri onun barəsində artıq müsbət rəylər bildirməyə başlayıblar. Neeva platformasının maraqlı özəlliklərindən biri də əlavə məlumatın əldə edilməsi alqoritmidir (RAG).
        Belə ki, istifadəçi tərəfindən axtarış sorğusunu qəbul edən zaman sistem istifadəçiyə təqdim edilən axtarış nəticəsini öz məlumatlar bazasında olan əlavə məlumatlarla tamamlayır və dil modellərini aktivləşdirir. Nəticədə sistem istifadəçi sorğuları üçün təbii cavabları tərtib edə bilir. Başqa sözlə desək, istifadəçi bir neçə mənbəni araşdırmaq və ya bir sıra məqaləni oxumaq öhdəliyindən azad olur. Təbii ki, sistem tərəfindən təqdim edilən axtarış nəticəsinin doğruluğunu yoxlamaqda fayda var. Buna görə də mouse işarəsini sistem tərəfindən qısa formada təqdim edilmiş istənilən məlumatın üzərinə sürüşdürən zaman məlumatın əldə edildiyi mənbənin linki ortaya çıxır. Nəticədə istifadəçi bu və ya digər faktı fərdi şəkildə təsdiqləyə bilər.
        Neeva platformasının istifadəçilərinin maraqlarını cəlb edən özəlliklərdən biri də sistemin gülməli və maraqlı sorğulara necə cavab verməsi olub. İstifadəçilər özlərinə maraqlı ola biləcək hər bir şey barəsində Neeva-dan soruşublar. Bununla belə sistemin təqdim etdiyi nəticələr hələ idealdan çox uzaqdırlar. Belə ki, sistem bəzən ilk cəhddən lazımi cavabları təqdim etmir. Sözügedən platformanın əsas gəlir mənbəyi aylıq abunəlikdir. İstifadəçilərə aylıq 5.99$ qiymətində abunəlik təklif edilir. Abunəlik sisteminə qoşulmuş istifadəçilər sistemin genişləndirilmiş funksiyalarından istənilən qədər istifadə edə bilərlər. Adi istifadəçilər isə sistemin yalnız standart imkanlarından faydalana bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər