main-post-cover

    LinkedIn süni zəka əsaslı virtual məsləhətçisini istifadəyə verib

    Servislər
    03.11.2023
    Emil Nəcəfov
         Məşhur LinkedIn platforması öz premium istifadəçilərinə yeni funksiyanı təqdim edib. Söhbət, məşğulluqla bağlı süni zəka əsaslı virtual məsləhətçidən gedir. Bu virtual məsləhətçi vakansiyaların axtarışında, onların analiz edilməsində və vakansiyalara müraicətlərin tərib edilməsində yardımçı olur. Qeyd etmək lazımdır ki, Microsoft-a məxsus olan LinkedIn platforması son zamanlarda öz premium istifadəçiləri üçün tez-tez süni zəka funksiyaları mövzusunda təcrübələr aparır. Bu il ərzində platforma premium istifadəçilərinə generativ süni zəka xidmətini istifadəyə verdi.
         Bu xidmət istifadəçilərə LinkedIn-dəki hesabı daha professional şəkildə tərtib etməyə yardımçı olur. Yeni funksiyanın isə ilkin mərhələdə istifadəçilər üçün ən diqqət çəkəcək tərəfi hər bir vakansiya elanı yanında süni zəka tərəfindən tərtib ediləcək məlumatın yerləşməsi olacaq. Sistem vakansiyanın uzun təsviri əsasında istifadəçiyə qısa ümumiləşdirməni təqdim edəcək və istifadəçinin LinkedIn hesabındakı məlumatlar əsasında konkret vakansiyanın ona uyğun olub-olmadığını təyin edəcək. Sistem həmçinin istifadəçiyə bu və ya  digər istiqamətdə iş təcrübəsinin qeyd edilməsini təklif edəcək və ona daha cəlbedici LinkedIn hesabının formalaşdırılması mövzusunda məsləhətlər verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər