Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib
Servislər
28.09.2023
Emil Nəcəfov
Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə etməklə süni zəka əsaslı çat-botlar yarışına qoşulub. Bundan əlavə olaraq şirkət bir neçə süni zəka personajı ilə ünsiyyət qurmaq imkanını da yaradıb. Həmin süni zəka personajları isə məşhur şəxsləri imitasiya edirlər. Şirkətin əsas çat-botu olan Meta AI ilə ünsiyyət ChatGPT ilə ünsiyyətə bənzəyir. Şirkət onu geniş istifadə imkanlarına sahib universal alət kimi qələmə verir. ChatGPT-də olduğu kimi Meta AI da istifadəçilərin suallarına cavab verə bilir. Bu funksiya Microsoft Bing ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.
Meta AI real zaman ərzində veb axtarış nəticələrini istifadəçiyə təqdim edir. Bu isə onu internetə çıxışı olmayan digər oxşar sistemlərdən fərqləndirir. Meta AI sisteminin daha bir vacib üstünlüyü də ondadır ki, o, Midjourney kimi fotoların tərtib edilməsini reallaşdıra bilir. Meta AI ilə yanaşı şirkət həmçinin süni zəka personajları layihəsini də reallaşdırıb. Bu personajlardan hər biri məşhur şəxsləri imitasiya edir. Onlara misal olaraq Kendall Jenner, Snoop Dogg və Paris Hilton-u gətirmək olar.
Şirkət Meta AI çat-botunun özünü yaxşı aparması üçün böyük səylər göstərib. Məsələn The Verge saytının jurnalistinin sözügedən çat-botu düzgün olmayan ifadənin təqdim edilməsinə məcbur etmək cəhdlərinə baxmayaraq çat-bot jurnalistin bütün cəhdlərinin öhdəsindən yaxşı gəlib. Qeyd etmək lazımdır ki, Meta AI çat-botu şirkətin Llama 2 adlı böyük dil modeli əsasında çalışır və şirkət sözügedən böyük dil modelində problemli nöqtələrin axtarılıb tapılmasına 6000 saat vaxt sərf edib. Meta AI yaxın günlərdə istifadəyə veriləcək və ilk mərhələdə yalnız ABŞ-da aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!