main-post-cover

    Microsoft Bing axtarış sistemindəki çat-botun cavablarına reklam elanlarını inteqrasiya edəcək

    Proqram Təminatı
    Servislər
    20.02.2023
    Farid Pardashunas
        Microsoft şirkəti generativ süni zəka əsasında çalışan yeni Bing axtarış sisteminin monetizasiyası planlarını reklam agentlikləri ilə bölüşüb. Məlumatda qeyd edilib ki, şirkət reklam linklərini süni zəka tərəfindən tərtib edilən cavablara yerləşdirməyi planlaşdırır. Bundan əlavə olaraq Google Search-də olduğu kimi Bing-in axtarış nəticələrində də səhifənin yuxarı və aşağı hissələrində reklam elanları üçün yerlər ayrılacaq. Şirkət Bing-ə inteqrasiya edilmiş çat-botun ilkin versiyasında artıq reklam elanlarını test etməyə başlayıb.
        Microsoft bildirib ki, o, axtarış nəticələrində müxtəlif şirkətlərin açar sözlər üzrə sərgilənən reklamlarının əks olunduqları axtarış elanlarını Bing-in sahib olduğu çat-bot tərəfindən tərtib edilən cavablara inteqrasiya edir. Microsoft çat-bot daxilində digər reklam formatını da planlaşdırır. Planlaşdırılan alternativ reklam formatı müəyyən sahələrdə fəaliyyət göstərən reklam verənlər üçün nəzərdə tutulacaq. Məsələn istifadəçi Bing-dən “Meksikada hansı yaxşı hotellər var?” soruşduğu zaman sistem ona hotellərin siyahısını təqdim edə bilər. Süni zəka əsaslı çat-bota sahib yeni Bing axtarış sistemi potensial olaraq Microsoft-a külli miqdarda gəlirlər gətirə bilər. Belə ki, axtarış reklamları sahəsində əldə edilən hər bir faiz reklamlardan əldə edilən 2 milyard dollar gəlir deməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər