Logo
    main-post-cover

    Microsoft Bing daxilindəki süni zəka əsaslı çat-botu hamı üçün aktivləşdirib

    Servislər
    04.05.2023
        Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat AI çat-botunu bütün istifadəçilər üçün aktivləşdirib. Beləliklə bundan sonra Bing daxilindəki çat-botdan istifadə etmək üçün sadəcə olaraq Microsoft hesabına sahib olmaq kifayət edəcək. Beləliklə bundan sonra istifadəçilər çat-botdan istifadə etmək üçün gözləmə siyahısına daxil edilməyəcəklər. İstifadəçi Bing-ə və ya Edge brauzerinə Microsoft hesabı vasitəsilə daxil olacaq GPT-4 əsasında çalışan çat-botdan istifadə edə bilər. Bundan əlavə olaraq şirkət Bing çat-botuna yeni funksiyaları da əlavə edib. Onların arasında çat-botun foto və videolarla çalışa bilmə imkanı da var. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Microsoft Bing daxilindəki süni zəka əsaslı çat-botu hamı üçün aktivləşdirib | Technote