Microsoft ofis tətbiqlərinə GPT-4 əsaslı süni zəka köməkçisini inteqrasiya edib (VİDEO)

Microsoft ofis tətbiqlərinə GPT-4 əsaslı süni zəka köməkçisini inteqrasiya edib (VİDEO)

Servislər
17.03.2023 PAYLAŞIM

    Microsoft şirkəti Microsoft 365 paketinin tətbiqləri üçün nəzərdə tutulmuş Copilot adlı süni zəka köməkçisini təqdim edib. Süni zəka əsaslı çat-botun Bing axtarış sisteminə inteqrasiyasından sonra Microsoft OpenAI şirkətinin böyük dil modellərini öz ofis tətbiqlərinə inteqrasiya etmək istiqamətində yol alıb. Beləliklə Microsoft 365 paketinin tətbiqləri və xidmətləri üçün nəzərdə tutulmuş Copilot adlı süni zəka köməkçisi OpenAI şirkətinin GPT-4 dil modeli əsasında çalışır. Sözügedən süni zəka köməkçisi Word-də mətnlərin, PowerPoint-də prezentasiyaların, Excel-də isə cədvəllərin tərtib edilməsində istifadə ediləcək.


    Copilot həmçinin Microsoft Teams platformasında şirkət əməkdaşlarının görüşləri üçün nəzərdə tutulmuş hazırlıqların görülməsində də yardımçı olacaq. Şirkət Copilot-u həmçinin Outlook-a da inteqrasiya edib. Bunun sayəsində istifadəçi elektron məktubların silinməsinə və onlara cavabların tərtib edilməsinə daha az zaman ayıra biləcək. Copilot öz növbəsində elektron poçtdakı mövzuları qruplaşdıra və cavablardan ibarət nümunələri tərtib edə biləcək. Microsoft-un sözlərinə əsasən Copilot Microsoft 365-ə əlavə edilmiş ChatGPT deyil. Belə ki, Copilot Microsoft 365 tətbiqlərini, Microsoft Graph analitikasını və GPT-4 neyron şəbəkəsini bir yerdə birləşdirən sistemdir.

    Microsoft Graph istifadəçinin unikal kontekstini emal edə və onu daha effektiv hala sala bilir. İstifadəçinin məlumatları əsasında bu və ya digər sənədin tərtib edilməsi zamanı Copilot kontekstin və məlumatların əldə edilməsi üçün Microsoft Graph-a sorğu göndərir və sonra daha təkmilləşdirilmiş sorğunu GPT-4-ə göndərir. Yekun olaraq süni zəka tərəfindən tərtib edilmiş sənəd əlavə olaraq Microsoft Graph tərəfindən yoxlanılır. Şirkət hal hazırda Copilot-u məhdud sayda müştərisi arasında test edir və tədricən test əhatəsini genişləndirməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


GitHub-da proqramçılara yardım məqsədli Copilot X adlı süni zəka botu istifadəyə..

Microsoft şirkətinə məxsus olan GitHub platforması Copilot X adlı yenilənmiş assistenti təqdim edib...


Bing-də süni zəka əsaslı çat-bot istifadəyə veriləndən sonra Google Search istif..

OpenAI şirkətinin süni zəka texnologiyalarının Microsoft-un Bing axtarış sisteminə inteqrasiya edilm..


Opera brauzerinə ChatGPT dəstəyi əlavə edilib (VİDEO)

Hələ keçən ay məlumat verilmişdi ki, Opera brauzerinə süni zəka əsaslı ChatGPT çat-botu inteqrasiya ..


Google Bard adlı süni zəka əsaslı çat-botunu məhdud sayda istifadəçi arasında ak..

Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunu məhdud sayda istifadəçi arasında istifad..


Bing çat-botuna mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi fun..

Microsoft şirkəti süni zəka əsaslı alətləri öz məhsullarına inteqrasiya etməyə davam edir...


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..

×