main-post-cover

    Microsoft SwiftKey tətbiqini App Store-a geri qaytarıb

    Proqram Təminatı
    Servislər
    21.11.2022
    Farid Pardashunas
        Microsoft SwiftKey Android iOS üçün nəzərdə tutulmuş alternativ klaviatura tətbiqidir. Şirkət sözügedən tətbiqi 2016-cı ildə almışdı. Lakin keçən ay o, SwiftKey-i App Store-dan silmişdi. İndi isə Microsoft təmsilçisi qeyd edib ki, şirkət tətbiqi App Store platformasına geri qaytarmağa qərar verib. Qeyd etmək lazımdır ki, SwiftKey-in App Store-da yüklənmə sayı 300 milyondan çoxdur. Tətbiqi artıq App Store-da yenidən yükləmək olar. Bundan əlavə olaraq SwiftKey-in iOS versiyası üçün bəzi yeni funksiyalar da anons edilib.
        Sonuncu dəfə Microsoft bu tətbiqi 1 il bundan öncə yeniləmişdi. Microsoft təmsilçisinin verdiyi məlumata əsasən şirkət SwiftKey-i istifadəçilərin çoxsaylı xahişləri səbəbilə App Store-a geri qaytarıb. Lakin bununla belə şirkətin hansı səbəbə görə tətbiqi App Store-dan sildiyi qeyd edilməyib. Məsələn SwiftKey indiyənə kimi Google Play-dən heç zaman silinməyib və o hələ də aktivdir. Bununla belə tətbiqin Android versiyası yenilənmələri daha daimi şəkildə əldə edib. Hər halda iOS istifadəçiləri sözügedən klaviatura tətbiqindən yenidən yararlana bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər