Microsoft və Google şirkətlərinin süni zəka əsaslı axtarış sistemləri arasındakı rəqabət baha başa gələcək

Microsoft və Google şirkətlərinin süni zəka əsaslı axtarış sistemləri arasındakı rəqabət baha başa gələcək

Servislər
13.03.2023 PAYLAŞIM

    Adi veb axtarış nisbətən ucuz başa gəlir. Google öz reklam biznesi sayəsində son 1 il ərzində 283 milyard dollar gəlir əldə edib. Bing axtarış sisteminin bazarda kiçik pay sahibi olmasına baxmayaraq son 7 il ərzində o da Microsoft üçün gəlirli olub. Lakin günümüzdə vəziyyət sürətlə dəyişir və süni zəka texnologiyasına əsaslanan yeni növ axtarış texnologiyaları daha ön plana keçirlər. Bu səbəbdən də Microsoft şirkətinin istiqamət aldığı yeni mövqeyi uğurlu görünür. Google isə bu məsələdə böyük zərər görə bilər. Etibarlı və düzgün şəkildə çalışan çat-botun hazırlanması heç də ucuz başa gəlmir. Həmçinin süni zəka əsaslı çat-bota edilən milyardlarla sorğunun emalı da külli miqdarda vəsait ilə texniki resurs tələb edir. Süni zəka əsaslı çat-bota edilən bir ədəd sorğununun Google və Microsoft-a hansı qiymətə başa gəldiyi tam dəqiq bilinmir.

Böyük texnoloji şirkətlər fərdi bulud infrastrukturuna sahib olurlar. Həmin bulud infrastrukturlarını isə çat-bot ilə daha yaxşı çalışmaq üçün optimizasiya etmək mümkündür.

    ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkətinin rəhbəri Sam Altman-ın sözlərinə əsasən süni zəka əsaslı çat-bot ilə olan hər bir çatın qiyməti sentlərlə ölçülür. Corciya Texnologiya İnstitutunun informatika üzrə professoru Alan Ritter-in sözlərinə əsasən bu cür çat-bota edilən bir sorğunun qiyməti 11 sent təşkil edir. Morgan Stanley isə ChatGPT-yə edilən bir sorğunu 2 sent qiymətində dəyərləndirir. Lakin süni zəka əsaslı çat-botla olan çat üçün bu qədər kiçik bir qiymət göstəricisi ənənəvi veb axtarış üsulunun qiymət göstəricisi ilə müqayisədə çox yüksəkdir. Gələcəkdə çat-botlar maksimal dərəcədə dəqiq çalışdıqları zaman Google və Microsoft kimi şirkətlər bu üstünlükdən istifadə edərək reklam elanlarının qiymətlərini yüksəldə bilərlər. Lakin hal hazırda bu cür ehtimal mümkün görünmür.


Əgər sabahkı gündə veb axtarışdan istifadə edən hər bir şəxs süni zəka əsaslı çat-bot ilə qarşılıqlı əlaqəyə keçid etsə, Bing axtarış sisteminin marjası aşağı düşəcək. Google isə bu halda böyük zərər əldə edəcək.

    Artıq 10 ildən çoxdur ki, Microsoft-un Bing axtarış sistemi Google ilə mübarizə aparmağa çalışır. Lakin ChatGPT ətrafında yaranmış böyük səs-küy və Microsoft şirkətinin onu öz məhsullarına inteqrasiya halları Google şirkətini süni zəka sahəsində yarışa qoşulmağa vadar edir. Bu yarış isə ona çox baha başa gələcək. Qeyd etmək lazımdır ki, yenilənmiş Bing-in gündəlik istifadəçi kütləsi artıq 100 milyon insana çatıb və Microsoft bu göstəricini artırmaqda davam edəcək. Lakin əsas sual Google şirkətinin bu mövzuda sonuna kimi gedib-getməyəcəyindədir. Microsoft-un CEO-su Satya Nadella Google şirkətinin bu yarışa tam vəziyyətdə qoşulacağına ümid edir. “Ümid edirəm ki, bizim reallaşdırdığımız yeniliklərdən sonra onlar da rəqs edə bildiklərini göstərmək üçün meydana çıxacaqlar və mənim istədiyim onları buna məhz bizim məcbur etdiyimizi insanların bilməli olmalarıdır” - deyə Satya Nadella qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..


Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı a..

Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin..


Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksi..

Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin ..


Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı s..

Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq is..


Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib..

Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib.


Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib...

×