Microsoft yaxın həftələrdə Bing axtarış sisteminə ChatGPT-nin yeni versiyasını inteqrasiya etməyi planlaşdırır
Servislər
03.02.2023
Emil Nəcəfov
Microsoft Bing yaxın zamanda Google şirkətinin axtarış sistemləri sahəsindəki dominantlığına meydan oxuyacaq. Belə ki, verilmiş məlumata əsasən Microsoft yaxın həftələrdə özünün Bing axtarış sisteminə GPT-4 modeli əsasında hazırlanmış yeni ChatGPT-ni inteqrasiya edəcək. Məlumatda qeyd edilib ki, ChatGPT-nin yeni versiyası cavabları daha sürətlə tərtib edir və bununla yanaşı onun təqdim etmiş olduğu cavablar daha təbiidir. OpenAI şirkəti isə öz növbəsində son zamanlar məşhur olmuş çat-botunun mobil versiyasını istifadəyə verməyi və fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DALL-E sistemində süni zəka vasitəsilə videoların tərtib edilməsi funksiyasını test etməyi planlaşdırır. ChatGPT artıq istifadəyə verildiyi üçün bu texnologiya daha sürətlə inkişaf etdiriləcək.
Çat-botun mobil versiyasının olması öz növbəsində servisin istifadəçi kütləsinin kəskin şəkildə yüksəlməsinə səbəb olacaq. GPT-4 OpenAI şirkətinin son zamanlar ən çox gözlənilən proqram təminatı yenilənməsidir. Onun Microsoft şirkətinin məhsullarına intqrasiya edilməsi nəticəsində axtarış sistemləri sahəsində kəskin rəqabətə start veriləcək. Belə ki, Google şirkəti axtarış sistemləri bazarında Yahoo-nu sıxışdırıb çıxartmaqla bu bazarın liderinə çevrildiyi andan indiyənə kimi belə bir kəskin rəqabət olmamışdı. Hadisələrin bu cür proqnoz edilməsi OpenAI sisteminin təlimatlandırılmasına əsaslanır. Belə ki, İstifadəçilər tərəfindən sistemə əlavə edilən materiallar həmçinin servisin təkmilləşdirilməsində istifadə edilir.
İstifadəçilər tərəfindən göndərilən hər bir sorğu geridönüş əlaqəsi rolunda çıxış edir. Məsələn ChatGPT tərəfindən təqdim edilən hər bir cavab özündə “like” və dislike” düymələrini birləşdirir. Bununla yanaşı hər bir cavab çərçivəsində ortaya çıxan pəncərə istifadəçiyə cavabın daha yaxşı versiyasının təqdim edilməsini təklif edir. Bütün bu özəlliklər ChatGPT-ya öz səhvləri üzərində öyrənmək imkanını verirlər. Çat-botun adında olan GPT hissəsinin tam açılışı “Generative Pre-Trained Transformer” kimidir. ChatGPT-nin təməlində olan baza texnologiyası geniş məlumatlar toplusunu analiz etmək bacarığını xarakterizə edir. Bu səbəbdən də sözügedən sistemi çox zaman “böyük dil modeli” adlandırırlar. Microsoft ilə OpenAI şirkətləri bu texnologiyada hansı imkanların olduqlarını artıq anlayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!