main-post-cover

    NASA özünün NASA+ adlı streaming servisini təqdim edib

    Proqram Təminatı
    Servislər
    28.07.2023
    Farid Pardashunas
        NASA kosmik agentliyi özünün streaming servisini anons edib. Kosmik agentliyin streaming servisi NASA+ adını əldə edib. Sözügedən servisdə NASA-nın canlı yayımlarını və kosmik missiyalar ilə bağlı seriallarını izləmək mümkün olacaq. Kosmik agentlik həmçinin NASA+ üçün bir neçə orijinal layihənin çəkilişlərini də planlaşdırır. NASA+ istifadəçilərə pulsuz şəkildə təqdim ediləcək və özündə heç bir reklamı birləşdirməyəcək. Servisin tətbiqi Android, iOS əməliyyat sistemlərində və Apple TV kimi tv qurğularında istifadəyə veriləcək. Bununla yanaşı servisin veb versiyasından da istifadə etmək mümkün olacaq. Veb versiya NASA-nın saytında aktiv olacaq. NASA+ gələn ay istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər