
Netflix kənar şəxslərin hesablarından istifadə edənlərə qarşı müharibə elan edib
Servislər
12.03.2021
Emil
Netflix servisi kənar şəxslərin istifadəçi hesablarından istifadə edən insanlarla mübarizə aparacaq yeni funksiyanın testinə start verib. Şirkət bu cür istifadəçi hesablarından istifadə edən şəxsləri ödəniş etməyə məcbur edəcək. Belə ki, Netflix hər il bu cür hallara görə 9 milyard dollar vəsait itirir. İstifadəçi hesablarının şifrələrindən birgə istifadənin qarşısını almaq üçün Netflix bildirişlər sistemini inteqrasiya edir. Həmin bildirişlər istifadəçilərə servisdəki avtorizasiyalarını təsdiqləməyi təklif edəcəklər.
Belə ki, servisdəki kontentləri izləmək üçün istifadəçilər ortaya çıxmış pəncərədə təhlükəsizlik şifrəsini daxil etməli olacaqlar. Həmin təhlükəsizlik şifrəsi isə mətnli mesaj və ya elektron məktub formatında göndəriləcək. Əgər istifadəçi həmin şifrəni daxil etməsə, servis onu avtorizasiya olunmamış şəxs kimi qəbul edəcək və həmin istifadəçiyə ayrıca açılacaq pəncərədə aylıq abunəlik almaq təklif ediləcək. Hal hazırda bu yeni funksiya test mərhələsindədir və məhdud sayda istifadə arasında test olunur. Bununla belə şirkət bildirib ki, ailə tarifindən istifadə edənlər üçün şərtlər olduğu kimi qalacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
