main-post-cover

    OpenAI kənar şirkətlərə və tərtibatçılara ödəniş müqabilində öz süni zəka modellərindən istifadə imkanını verəcək

    Proqram Təminatı
    Servislər
    23.02.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti Foundry adlı platformanı anons edib. Sözügedən platforma kənar şirkətlər və tərtibatçılar üçün nəzərdə tutulub. Onlar bu platforma vasitəsilə OpenAI şirkətinin GPT-3.5 də daxil olmaqla daha yeni və təkmilləşdirilmiş süni zəka modellərindən istifadə edə və onların əsasında öz süni zəka texnologiyalarını yarada biləcəklər. Foundry platforması OpenAI şirkətinin öz süni zəka modellərinin yaradılması və optimizasiyasında istifadə etdiyi eyni alətlər və informasiya panellərindən istifadə etmək imkanını təqdim etməklə konkret proseslərin monitorinqini reallaşdırır.
        Foundry platformasının imkanlarından faydalanmaq üçün şirkətlərə və tərtbatçılara 3 aylıq və ya 1 illik abunəlik əldə etmək təklif olunacaq. Foundry heç də ucuz başa gəlməyəcək. Məsələn GPT-3.5 modelinin sadələşdirilmiş versiyasının 3 aylıq istifadəsi 78 000$-a, 1 illik istifadəsi isə 264 000$-a başa gələcək. İstifadəçilər aşkar ediblər ki, generativ dil modellərindən biri GPT-3.5-ə xarakterik olmayan spesifik ayarlara sahibdir. Burdan da belə qənaətə gəlmək olar ki, OpenAI öz müştərilərinə gözlənilən GPT-4 və ya hansısa aralıq modelini təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər