OpenAI mətn formatında təsvirlər əsasında 3D obyektlər tərtib edən yeni neyron şəbəkəsini təqdim edib

OpenAI mətn formatında təsvirlər əsasında 3D obyektlər tərtib edən yeni neyron şəbəkəsini təqdim edib

Servislər
10.05.2023 PAYLAŞIM

    OpenAI şirkəti süni zəka sahəsində yeni məhsullarını təqdim etməyə davam edir. Bu dəfə şirkət Shap-E adlı layihəsini təqdim edib. Bu layihə mətn formatında təsvirlər əsasında realistik 3D obyektlərin tərtib olunması üçün nəzərdə tutulub. Sözügedən neyron şəbəkə qəliz formalara sahib yüksək keyfiyyətli 3D obyektlərin tərtib edilməsini mümkün edir. süni zəka əsasında çalışan digər alqoritmlərdən fərqli olaraq Shap-E üçölçülü koordinat sistemində 3D obyektlərin təkcə nöqtələrdən ibarət siluetlərini yaratmır.


    OpenAI şirkəti avokado formasında olan stul, banan formasında olan təyyarə və digər qeyri-adi obyektlər vasitəsilə Shap-E-nin imkanlarını sərgiləyib. Shap-E vasitəsilə 3D modellər saniyələr içərisində vizuallaşdırılır. Bunun sayəsində neyron şəbəkə istifadəçilərə yüksək keyfiyyətli 3D obyektlərin sürətli və effektiv tərtib edilməsi imkanını verir. Shap-E-nin tətbiq sahəsi çox genişdir. Belə ki, onu kompüter oyunları, filmlər və virtual reallıq üçün nəzərdə tutulmuş obyektlərlə yanaşı həmçinin elmi tədqiqatlar və mühəndis layihələrindəki obyektlərin tərtib edilməsində də istifadə etmək olar.



DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×