OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını hazırlayır

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını hazırlayır

Servislər
12.01.2023 PAYLAŞIM

    Bütün dünyada böyük səs-küyə səbəb olmuş süni zəka əsaslı ChatGPT çat-botu öz yaradıcısı olan OpenAI şirkətinə hər ay bir neçə milyon dollara başa gəlir. Bu səbəbdən də OpenAI layihənin monetizasiyasını planlaşdırır. Bu istiqamətdə təşkilatın reallaşdıra biləcəyi variantlardan biri də çat-botun ödənişli professional versiyası ola bilər. OpenAI şirkətinin Discord platformasındakı rəsmi kanalında ChatGPT Professional layihəsinin gözləntilər siyahısı təqdim edilib. Məlumatda qeyd edilib ki, bu, çat-botun ödənişli təcrübi versiyası olacaq və o, adi versiyadan fərqli olaraq gün ərzində iki dəfə daha çox cavab təqdim edə biləcək. OpenAI bildirib ki, monetizasiya proqramı sözügedən layihənin uzun müddət ərzində çalışmasına şərait yarada bilər.

    ChatGPT Professional-dan istifadə üçün sorğunu istənilən şəxs göndərə bilər. Bununla belə sorğunu göndərəcək şəxs əlavə olaraq çat-botu hansı məqsədlə istifadə edəcəyini və bunun üçün ödəniləcək hansı miqdarda vəsaitin ədalətli olacağını qeyd etməlidir. OpenAI qeyd edib ki, söhbət, beta versiya formatında reallaşdırılacaq təcrübi proqramdan gedir. Yəni nəticədə proqramın şərtləri tamamilə fərqli ola bilər. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft şirkəti OpenAI-ya 10 milyard dollar dəyərində investisiya yatırmaq niyyətindədir. Bunun olacağı halda Microsoft şirkətin gəlirinin 75%-ni əldə edəcək. Ciddi gəlirin əldə edilməsi yolunda isə OpenAI öz məhsullarının monetizasiya üsullarını fikirləşməli olacaq. 




DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×