OpenAI şirkəti tərtibatçılar üçün ChatGPT-nin API-nı təqdim edib

OpenAI şirkəti tərtibatçılar üçün ChatGPT-nin API-nı təqdim edib

Servislər
02.03.2023 PAYLAŞIM

    OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun API-nı tərtibatçılar üçün təqdim etdiyini elan edib. Tərtbatçılar çat-botun API-dan istifadə edərək süni zəka əsaslı botu öz proqram təminatlarına inteqrasiya edə, machine learning texnologiyalarından istifadə edərək smart servislər və neyron şəbəkələr əsasında süni zəka sistemlərini yarada bilərlər. Bundan əlavə olaraq OpenAI özünün Whisper adlı sisteminin API-nı da anons edib. Bu API audio faylların mətn formatına çevirilməsi üçün nəzərdə tutulub.

    Şirkətin sözlərinə əsasən o öz istifadəçi kütləsinin rəyləri əsasında süni zəka xidmətlərinin istifadəsi siyasətində dəyişiklik edib. Şirkət söz verib ki, o, daxil olan məlumatları süni zəka modellərinin təkmilləşdirilməsi prosesində istifadə etməyəcək. Belə ki, buna yalnız müştərilər qərar verməlidir. Bu proses yalnız onların icazələri əsasında reallaşdırılacaq. Bu isə öz növbəsində çat-botun öz iş prosesində qorunmaya yönəlik məlumatlardan istifadəsinə dair narahatlıqları aradan qaldıracaq. Məhz bu səbəbdən bəzi şirkətlərin əməkdaşlarına ChatGPT-dən istifadə qadağan edilib. Çünki kommersiya sirrini əhatə edən materiallar əsasında çat-botun təkmilləşdirilməsi məqsədəuyğun deyil. Belə ki, bu cür məlumatlar üçüncü tərəflərin əllərinə keçə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..


Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı a..

Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin..


Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksi..

Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin ..


Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı s..

Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq is..


Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib..

Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib.


Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib...

×