OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
Servislər
07.11.2023
Emil Nəcəfov
Dünən OpenAI şirkətinin tərtibatçılar üçün keçirtmiş olduğu ilk konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsi təqdim edilib. Sözügedən neyron şəbəkəsi GPT-4-ün daha təkmilləşdirilmiş versiyası rolunda çıxış edir. OpenAI təmsilçiləri bildiriblər ki, GPT-4 Turbo adi GPT-4-dən daha güclüdür və daha ucuz başa gəlir. GPT-4 Turbo iki versiyada təqdim olunacaq. Birinci versiya yalnız mətnlərin analizləri üçün nəzərdə tutulub. İkinci versiya isə təkcə mətnlərin deyil, fotoların da kontekstlərini başa düşür. Birinci model bugündən API üzərindən ilkin versiya şəklində istifadəyə verilib.
Şirkət bu yeni neyron şəbəkəsinin hər iki versiyasını yaxın zamanda hamı üçün istifadəyə verməyə söz verib. GPT-4 Turbo-dan istifadə haqqı hər 1000 giriş tokeni (təqribi olaraq 750 söz) üçün 0.01$, hər 1000 çıxış tokeni üçün isə 0.03$ təşkil edəcək. Token dedikdə emal edilməmiş mətnin fraqmentləri nəzərdə tutulur. Yəni sistem məsələn fantastic sözünü 'fan", "tas" və "tic" tokenlərinə ayırır. Çıxış tokenləri isə sistemin giriş tokenləri əsasında tərtib etdiyi tokenlərdir. GPT-4 Turbo-nun fotoların emalındakı istifadə haqqı fotonun keyfiyyətindən asılı olacaq. Məsələn 1080x1080 piksel keyfiyyətli fotonun emalı 0.00765$-a başa gələcək.
"Biz, GPT-4 Turbo-nun performansını optimizasiya etmişik. Məhz bu səbəbdən biz, GPT-4-dən fərqli olaraq GPT-4 Turbo üçün giriş tokenlərini 3 dəfə ucuz, çıxış tokenlərini isə 2 dəfə ucuz təklif edə bilirik" - deyə OpenAI təmsilçiləri qeyd ediblər. Şirkət sorğular üçün nəzərdə tutulmuş cavabların tərtib edilməsində istifadə edilən biliklər bazasını GPT-4 Turbo üçün yeniləyib. GPT-4 öz növbəsində 2021-ci ilin sentyabr ayına kimi olan mövcud məlumatlar əsasında təlimatlandırılıb. GPT-4 Turbo isə öz növbəsində bu ilin aprel ayına kimi olan mövcud məlumatlar əsasında təlimatlandırılıb. Başqa sözlə desək, bu ilin aprel ayına kimi zamanı əhatə edən hər hansısa mövzu barəsindəki sorğulara neyron şəbəkəsi daha dəqiq cavab verə biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
OpenAI şirkəti ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus-ın istifadəçilərinə yeni fayl yüklənməsi funksiyasını təqdim edib.
OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
OpenAI şirkəti süni zəka ilə bağlı potensial təhlükəli riskləri aradan qaldıracaq yeni komandanı formalaşdırdığını elan edib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!