Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Servislər
25.05.2023 PAYLAŞIM

    Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını genişləndirir. Bu istiqamətdə şirkət öz brauzeri daxilində istifadə üçün nəzərdə tutulmuş Aria adlı süni zəka əsaslı çat-botu istifadəyə verib. Sözügedən çat-bot pulsuz şəkildə təklif edilir və onun aktivləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi düymə brauzerin yan panelində yerləşdirilib. İstifadəçi həmin düyməyə klikləyən zaman çat-botla qarşılıqlı əlaqə pəncərəsi ortaya çıxır. Məlumatda qeyd edilib ki, Aria istifadəçilərin suallarına cavab verə və mətnlər ilə proqram təminatı kodlarını tərtib edə bilir.


    ChatGPT-nin standart versiyasından fərqli olaraq Aria internetdə aşkar edilmiuş sorğu nəticələrini real zaman ərzində istifadəçiyə təqdim edir. Qeyd etmək lazımdır ki, hələ fevral ayında Opera-nın yan panelinə ChatGPT-dən istifadə imkanı əlavə edilmişdi. Bu imkan vasitəsilə istifadəçilər veb səhifələri və məqalələri ümumiləşdirə bilirlər. Aria-ya gəldikdə isə onu brauzerin həm veb həm də mobil versiyasında işə salmaq mümkündür. Veb versiyadan istifadə etmək üçün istifadəçi ilk növbədə kompüterə Opera One brauzerinin tərtibatçılar üçün nəzərdə tutulmuş versiyasını yükləməlidir. Android cihazlarda isə adi Opera tətbiqinin ən son versiyası yüklənməlidir. Bununla yanaşı istifadəçi Opera hesabı yaratmalı olacaq.



DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×