main-post-cover

    Opera brauzerinə ChatGPT dəstəyi əlavə edilib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    26.03.2023
    Farid Pardashunas
        Hələ keçən ay məlumat verilmişdi ki, Opera brauzerinə süni zəka əsaslı ChatGPT çat-botu inteqrasiya ediləcək. İndi isə məlum olub ki, Opera-ya həqiqətən də sözügedən çat-bot əlavə edilib. Lakin Opera tərtibatçıları ChatGPT ilə yetinməyərək brauzerə həmçinin ChatSonic adlı çat-botu da inteqrasiya ediblər. Bununla yanaşı brauzerdə süni zəka əsaslı ipucular (AI Prompts) funksiyası istifadəyə verilib. Brauzerə inteqrasiya edilmiş çat-botlardan istifadə etmək üçün ilk növbədə Opera-nı yeniləmək lazımdır.
        Yenilənmiş brauzerin yuxarı sağ hissəsindəki ayarlara daxil olub aşağı siyahıda çat-botları aktivləşdirmək olar. Onları aktivləşdirəndən sonra Opera-nn yan panelində çat-botlar üçün nəzərdə tutulmuş düymələr əks olunacaq. Lakin qeyd etmək lazımdır ki, çat-botlardan istifadə etmək üçün onların sistemlərinə daxil olmaq lazım gələcək. Çat-botları həmçinin brauzer daxilində hansısa mətni qeydə alan zaman ortaya çıxan kontekst menyu vasitəsilə də işə salmaq olar.
        Bu üsul ilə çat-botların işə salınması halında istifadəçi qeydə aldığı mətn üzərində bir sıra əməliyyatları yerinə yetirə bilər. Məsələn istifadəçi çat-botlardan birindən qeydə alınmış mətnin sadə izahını tələb edə bilər. Bu halda yaşıl rəngdə olan sorğular ChatGPT, çəhrayı rəngdə olan sorğular isə ChatSonic tərəfindən generasiya edilir. Tərtibatçılar qeyd ediblər ki, bu, süni zəka əsaslı funksiyaların brauzerə inteqrasiyası üzrə birinci mərhələdir. İkinci mərhələdə isə onlarr GPT əsasında hazırlanmış fərdi platformanın süni zəka funksiyalarını brauzer daxilində aktivləşdirəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər