Logo
    main-post-cover

    Opera brauzerinə ChatGPT əsasında çalışacaq yeni funksiya əlavə ediləcək (VİDEO)

    Servislər
    13.02.2023
    Emil
        Son illərdə Opera brauzerinin məşhurluğu aşağı düşsə də, onda yeni maraqlı funksiyalar istifadəyə verilir. Yaxın zamanda isə sözügedən brauzerdə süni zəka əsaslı ChatGPT çat-botu əsasında çalışacaq yeni funksiyalar istifadəyə veriləcək. Həmin funksiyalardan biri isə Shorten adlanır. Bu funksiya brauzer daxilində istənilən veb səhifə barəsində qısa təsviri tərtib etməyə imkan verəcək. Opera tərtibatçıları bu funksiyanın çalışma tərzini sərgiləyiblər. Beləliklə təqdim edilmiş videodan da görmək olar ki, Shorten funksiyasının düyməsi URL ünvan sətrinin sağ hissəsində yerləşəcək.
        Shorten düyməsinə klikləyəndən sonra brauzer daxilində sol hissədə ChatGPT pəncərəsi aktivləşəcək və həmin pəncərədə istifadəçi tərəfindən baxılan istənilən veb səhifə və ya məqalə barəsində qısa təsvir əks olunacaq. Məlumatda qeyd edilib ki, Opera üçün nəzərdə tutulmuş Shorten adlı yeni funksiya hələ ki, məhdud sayda istifadəçi üçün istifadəyə verilib. Yaxın zamanda isə sözügedən yeni funksiya hamı üçün aktivləşdiriləcək. Gələcəkdə isə Opera-da süni zəka əsaslı daha çox funksiya istifadəyə veriləcək. Lakin söhbətin hansı funksiyalardan getdiyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər