Photoshop-a generativ süni zəka funksiyası əlavə edilib (VİDEO)

Photoshop-a generativ süni zəka funksiyası əlavə edilib (VİDEO)

Servislər
24.05.2023 PAYLAŞIM

    Adobe şirkəti Firefly servisinin generativ süni zəka funksiyasını Photoshop-un beta versiyasına əlavə edib. Yeni funksiya Creative Cloud abunəçiləri üçün artıq aktivdir. Beləliklə Photoshop-da istifadəyə verilmiş generativ süni zəka funksiyası Generative Fill rejimi adlanır. Bu rejim fotoları təbii dil vasitəsilə daxil edilmiş sorğular vasitəsilə dəyişmək imkanını verir. İstifadəçilər sorğular vasitəsilə fotoları genişləndirə, fotolardakı obyektləri aradan qaldıra, onların tərkib hissələrinə müxtəlif detalları əlavə edə və ya çatışmayan detalları sıfırdan tərtib edə bilərlər. Süni zəka sistemi öz növbəsində fotonun perspektivinə, rəng çalarına və işıqlandırmasına diqqət yetirir.


    Adobe bildirib ki, Photoshop-da istifadəyə verilmiş generativ süni zəka funksiyasının təlimatlandırılmasında şirkət öz kataloqunda və açıq mənbələrdə olan fotolardan istifadə edib. Buna görə də Generative Fill rejimi vasitəsilə tərtib edilən fotolar müəllif hüquqlarını pozmurlar və həmin fotoları kommersiya məqsədlərində istifadə etmək olar. Şirkət həmçinin qeyd edib ki, Generative Fill vasitəsilə tərtib və ya redaktə edilmiş fotolar xüsusi işarəyə sahib olurlar. Xüsusi işarə isə fotolarda generativ süni zəkadan istifadə edildiyini bildirir. Generative Fill rejimi Photoshop-un hələ ki, beta versiyasında aktivdir. Onun stabil Photoshop-da istifadəyə verilməsi bu ilin ikinci yarısı üçün planlaşdırılır.



DAHA ÇOX


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..


Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını ge..

×