main-post-cover

    Shutterstock platforması mətn formatlı təsvirlər əsasında fotoların generasiyası üçün süni zəka alətini işə salıb

    Proqram Təminatı
    Servislər
    26.01.2023
    Emil Nəcəfov
        Stock fotoların, videoların və musiqilərin satışlarını reallaşdıran Shutterstock servisi keçən il OpenAI şirkəti ilə birlikdə əməkdaşlıq elan etmişdi. Bu əməkdaşlıq çərçivəsində OpenAI şirkəti mətn formatlı təsvirlərin əsasında fotoların generasiyasını reallaşdıran DALL-E 2 adlı süni zəka modelini Shutterstock servisinə inteqrasiya etməli idi. İndi isə rəsmi şəkildə məlumat verilib ki, Shutterstock-un dizaynerlər üçün nəzərdə tutulmuş Creative Flow platformasının istifadəçiləri DALL-E 2 əsasında hazırlanmış alət vasitəsilə müxtəlif fotoları yarada bilərlər. Görünür, hər hansısa ada sahib olmayan yeni alətin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçilər süni zəka tərəfindən yaradılmış fotoları lisenziyalaşdıra biləcəklər. Bu, çox vacib bir özəllikdir.
        Belə ki, bazarda Shutterstock-un əsas rəqiblərindən biri olan Getty Images platforması Stability AI şirkətinin Stable Diffusion adlı alqoritmi vasitəsilə generasiya edilmiş fotolar məsələsində məhkəmə prosesindədir. Belə ki, Stable Diffusion tərtibatçıları alqoritmin təlimatlandırılmasında Getty Images platformasındakı fotolardan istifadə ediblər. Başqa sözlə desək, Shutterstock fotoların generasiyası üçün neyron şəbəkələrindən istifadə etməklə yanaşı bu cür fotoları müəllif hüquqları ilə təmin etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Shutterstock həmçinin Meta şirkəti ilə də əməkdaşlıq elan etmişdi. Bu əməkdaşlıq çərçivəsində Meta şirkəti Shutterstock-un foto və digər media kontentlərini öz süni zəka alqoritmlərinin təlimatlandırılmasında istifadə edəcək.
    Linki kopyala