Süni zəka əsaslı çat-bot Bing axtarış sisteminin istifadəçi kütləsini 1 ay ərzində 100 milyon insana çatdırıb

Süni zəka əsaslı çat-bot Bing axtarış sisteminin istifadəçi kütləsini 1 ay ərzində 100 milyon insana çatdırıb

Servislər
09.03.2023 PAYLAŞIM

    Microsoft yenilənmiş Edge brauzeri ilə Bing axtarış sisteminin statistik nəticələrini təqdim ediblər. Qeyd etmək lazımdır ki, yenilənmiş Edge brauzeri ilə Bing axtarış sistemi 1 aydan bir qədər çox müddət bundan öncə süni zəka əsaslı funksiyalar əldə etmişdilər. Bu müddət ərzində əldə edilmiş ən vacib nailiyyətlərdən biri də o olub ki, yenilənmiş Bing axtarış sisteminin gündəlik aktiv istifadəçi sayı 100 milyona çatıb. Axtarış sisteminin göstəricilərinin bu qədər artmasına baxmayaraq Microsoft başa düşür ki, Bing-in qlobal bazardakı payı hələ böyük deyil. Lakin şirkət bu vəziyyəti gələcəkdə dəyişmək niyyətindədir. Məlumatda qeyd edilib ki, Bing-in ümumi istifadəçi kütləsinin 1/3 hissəsini yeni istifadəçilər təşkil edir.

    Şirkətin fikrincə bu onu göstərir ki, online axtarış üsulunu köklü şəkildə dəyişmək lazımdır. Bununla yanaşı bu cür statistik göstəricilər onu təsdiqləyirlər ki, insanlara özlərində axtarış ilə süni zəka əsaslı funksiyaları birləşdirən həlləri təqdim etməklə şirkət düzgün istiqamətdə yol alıb. Yeni Bing istifadəçilərinin say artımı ilə yanaşı onların axtarış sistemində daha çox zaman keçirtdikləri məlum olub. Bu isə Microsoft-un yenilənmiş axtarış sistemi vasitəsilə daha çox məlumat əldə etmək istəyən istifadəçilərin say artımı ilə əlaqəlidir. Gözləntilərə əsasən yenilənmiş Bing-də və Edge-də olan süni zəka əsaslı funksiyaların inkişaf etdirilməsi və bu məhsullara yeni funksiyaların əlavə edilməsi öz növbəsində istifadəçi kütləsinin artmasına səbəb olacaq. Axtarış sorğularının emal edilməsi məsələsində də keyfiyyətin artması öz növbəsində bu cür nəticənin əldə edilməsinə səbəb olacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..


Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı a..

Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin..


Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksi..

Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin ..


Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı s..

Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq is..


Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib..

Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib.


Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib...

×