
Süni zəka əsaslı çat-bota sahib yenilənmiş Bing axtarış servisi mobil cihazlarda istifadəyə verilib
Microsoft rəsmi şəkildə elan edib ki, süni zəka əsaslı çat-bota sahib yenilənmiş Bing axtarış servisi mobil cihazlarda istifadəyə verilib. Qeyd etmək lazımdır ki, yenilənmiş Bing-in desktop versiyası bir neçə həftə bundan öncə istifadəyə verilmişdi. Yenilənmiş Bing iOS və Android üçün nəzərdə tutulmuş Bing Mobile tətbiqində və eləcə də Edge brauzerində aktivdir. Yenilənmiş Bing-ə inteqrasiya edilmiş süni zəka əsaslı çat-bot OpenAI şirkətinin ChatGPT çat-botunun təməlini təşkil edən dil modelinin daha təkmilləşdirilmiş versiyası əsasında çalışır.
Yenilənmiş Bing-in mobil versiyası ilə yanaşı Microsoft həmçinin sistemdə axtarış sorğularının nitq vasitəsilə daxil edilmə özəlliyini də aktivləşdirib. Bu özəllik həmçinin Bing-in desktop versiyasına da inteqrasiya edilib. Eyni zamanda şirkət bildirib ki, yenilənmiş Bing üstəlik Skype servisinə əlavə edilib. Skype-da yenilənmiş Bing platformadakı digər botlar kimi çalışacaq. Məsələn Skype daxilindəki qrup çatında Bing-ə müəyyən mövzu barəsində sual verməklə lazımi cavabı əldə etmək mümkündür.
Paylaş
Bənzər xəbərlər