main-post-cover

    Süni zəka əsaslı Google Bard çat-botu yeni funksiyalar əldə edib

    Proqram Təminatı
    Servislər
    13.07.2023
    Farid Pardashunas
        Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunun yeni imkanları barəsində məlumat verib. Sözügedəın çat-bot öz cavablarını səsləndirməyi və fotoları sorğular rolunda qəbul etməyi öyrənib. Çat-bot o cümlədən 43 yeni dil dəstəyini əldə edib. Dəstəkləri əlavə edilmiş yeni dillər arasında ərəb, ispan, çin, alman və hindi kimi dillər var. Üstəlik Google Bard Avropa və Braziliyada da istifadəyə verilib. Şirkət bildirib ki, bəzi hallarda çat-botun cavabları nitq formatında daha yaxşı anlaşılır. Buna görə də çat-botun interfeysinə səsgücləndirici ikonu əlavə edilib. İstifadəçi həmin ikona klikləyən zaman Bard öz cavablarını səsləndirməyə başlayacaq.
    Google Bard
        Bu yeni funksiya 40-dan çox dili dəstəkləyir. İstifadəçi çat-botun səs tonunu və tərzini 5 əsas ayara görə təyin edə bilər. Sadə, uzun, qısa, professional və gündəlik. Bu ayarlar hələ ki, yalnız ingilis dilini dəstəkləyirlər. Lakin yaxın gələcəkdə onlara digər dillərin dəstəkləri də əlavə ediləcək. Bundan sonra istifadəçilər çat-botla ünsiyyət yazışmalarını nizamlaya biləcəklər. Məsələn yazışmalardan bəzilərini interfeysin yuxarı hissəsinə bərkitmək və ya onların adlarını dəyişmək mümkün olacaq. Onu da qeyd etmək lazımdır ki, Bard artıq Google Lens-in bəzi funksiyalarını dəstəkləyir. Bu isə o deməkdir ki, ona sorğular qismində fotoları göndərmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər