main-post-cover

    Süni zəka əsaslı Google Bard çat-botunun Avropada istifadəyə verilməsi təxirə salınıb

    Servislər
    19.06.2023
    Emil Nəcəfov
        Google şirkəti İrlandiyanın Məlumatların Qorunması Komissiyasının narahatlıqları səbəbilə özünün Bard adlı süni zəka əsaslı çat-botunun Avropada istifadəyə verilməsini təxirə salmalı olub. Komissiyanın sözlərinə əsasən şirkət Avropa Birliyi regionunda istifadəçilərin konfidensiallıqlarının təmin edilməsinə hədəflənmiş normalara necə riayət edəcəyi ilə bağlı hesabatını təqdim etməyib. Google təmsilçisi bildirib ki, şirkət həqiqətən də bu mövzu ətrafında komissiya ilə danışıqlar aparır. Lakin Bard çat-botunun Avropada istifadəyə verilməsinin gecikmə səbəbi və onun istifadəyə veriləcəyi üzrə təqribi bir tarix barəsində məlumat təqdim edilməyib. Qeyd etmək lazımdır ki, Google Bard mart ayında istifadəyə verildi və onun istifadəçilər arasında aktivləşdirilməsi tədricən reallaşdırılır. Şirkətin rəsmi məlumatına əsasən hal hazırda çat-bot dünyanın 180 ölkəsində çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər