main-post-cover

    Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    28.09.2023
    Farid Pardashunas
        Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib. Photoshop-un sadələşdirilmiş veb versiyasına həmçinin süni zəka əsasında çalışan iki funksiya da əlavə edilib. Söhbət, Generative Fill Generative Expand adlı funksiyalardan gedir. Sözügedən funksiyalar Adobe şirkətinin Adobe Firefly adlı süni zəka modelinə əsaslanırlar. Onlar 100-dən çox dildə mətn formatında təsvirlər vasitəsilə fotoları tərtib və redaktə edə bilərlər.  Bununla yanaşı veb versiyaya Photoshop-un kompüterlər üçün nəzərdə tutulmuş versiyasında ən çox istifadə edilən alətlər də inteqrasiya edilib. Qeyd etmək lazımdır ki, Photoshop-un veb versiyası bütün ödənişli tariflərin tərkibinə daxildir. Tariflərin qiymətləri isə aylıq 9.99$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər