Logo
    main-post-cover

    Tərtibatçılardan biri ChatGPT çat-botunu IBM-in 39 illik kompüterində işə sala bilib (VİDEO)

    Servislər
    28.03.2023
    Emil
        Proqram təminatı tərtibatçısı və retro kompüter həvəskarı olan Yo Kheng Meng adlı şəxs süni zəka əsaslı ChatGPT çat-botu ilə IBM şirkətinin 39 illik kompüteri arasında olan zaman sərhədini keçə bilib. Belə ki, bu həvəskar şəxs ChatGPT çat-botunu IBM şirkətinin 39 illik kompüterində işə sala bilib. Bunu reallaşdırmamışdan öncə Yo Kheng Meng özünə sual verib ki, o, MS-DOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş ChatGPT tətbiqini hazırlayaraq onu 1984-cü ildə işıq üzü görmüş IBM 5155 kompüterində işə sala bilərmi? Qeyd etmək lazımdır ki, IBM-in sözügedən kompüteri 4.77 MHz tezlikdə çalışan Intel 8088 prosessoruna, 640 KB (kilobayt) RAM-a sahibdir.
        Nəticədə tərtibatçı ilk baxışdan mümkün olmayanı mümkün edib. Lakin bu yolda o, bir sıra ciddi texnoloji məhdudiyyətlərdən keçməli olub. Bir qayda olaraq istifadəçilərin çoxu ChatGPT-dən veb brauzer vasitəsilə istifadə edir. Lakin müasir tendensiyaya əsasən çat-bot ilə ünsiyyətdə olmaq üçün müxtəlif növ tətbiqlər də hazırlanır. Hələ bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, həvəskar şəxslər ChatGPT-yə sahib Raspberry Pi əsaslı smart saat hazırlayıblar. Lakin sözügedən çat-botu 39 il yaşı olan kompüterdə işə salmaq heç də asan bir məsələ deyil. Beləliklə bu tapşırığı yerinə yetirmək üçün Yo Kheng Meng ilk növbədə Open Watcom C/C++ adlı kompilyatordan istifadə edib.
        Sözügedən kompilyator kompüter ilə çat-bot arasındakı 39 illik boşluğu kompensasiya edib. DOS tətbiqin hazırlanması zamanı onun testi müasir kompüter üzərindən işə salınmış virtual təchizatda reallaşdırılıb. DOS ilə bağlı olan ən böyük problemlərdən biri də şəbəkə tətbiqi olub. Belə ki, şəbəkə tətbiqi ChatGPT xidmətinə qoşulmaq üçün mütləq şəkildə lazımdır. Tərtibatçı ChatGPT Chat Completion API adlı tətbiqi proqramlaşdırma interfeysinə qoşulmaq üçün MTCP kitabxanasından istifadə edib. Lakin bu API ilə əlaqə yaratmaq üçün tərtibatçı bütün POST sorğuları fərdi şəkildə C proqramlaşdırma dilində yazmalı olub. Daha bir neçə çətin mərhələdən keçəndən sonra isə tərtibatçı sonunda ChatGPT çat-botunu IBM şirkətinin 39 il bundan öncə işıq üzü görmüş kompüterində işə sala bilib.
    Paylaş
    Bənzər xəbərlər