main-post-cover

    Uzun müddət ərzində yenilənməmiş tətbiqlər App Store-dan silinəcəklər

    Proqram Təminatı
    Servislər
    25.04.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Google rəsmi olaraq bildirmişdi ki, uzun müddət ərzində yenilənməmiş tətbiqlər Google Play Store-da yeni istifadəçilərdən gizlədiləcək. İndi isə məlum olub ki, Apple şirkəti də öz App Store platformasını köhnəlmiş tətbiqlərdən təmizləmək qərarına gəlib. Beləliklə şirkət uzun müddət ərzində yenilənməmiş tətbiqləri App Store-dan siləcək. Bu məsələ ilə bağlı bildiriş tərtibatçılara göndərilib. Bildirişdə qeyd edilib ki, artıq köhnəlmiş tətbiqlərin yenilənmələri üçün tərtibatçılara 30 gün vaxt verilib.
        Göndərilmiş bildirişdə qeyd edilib ki, bu və ya digər tətbiqin yeni istifadəçilər tərəfindən yüklənməsini təmin etmək üçün həmin tətbiq 30 gün ərzində yenilənməlidir. Əks halda tətbiqin App Store-dan silinməsi reallaşdırılacaq. Bildirişdə həmçinin qeyd edilib ki, bu proses çərçivəsində tətbiqlər yalnız App Store-dan silinəcəklər. Yəni istifadəçi cihazlarına artıq yüklənmiş və quraşdırılmış bu cür tətbiqlər üçün yeni qərar şamil edilmir. Məlumatda qeyd edilib ki, Apple şirkətinin bu bildirişini öz tətbiqlərini illərlə yeniləməyən tərtibatçılar əldə ediblər.
        Buna baxmayaraq həmin tətbiqlər hələ də App Store-da aktivdirlər. Apple saytının dəstək səhifəsində qeyd edilib ki, şirkət tətbiqləri daimi şəkildə yoxlayır. Yoxlanış prosesi çərçivəsində tətbiqlərin düzgün şəkildə çalışıb-çalışmamaları və App Store platformasının tələblərinə uyub-uymamaları təyin edilir. Hər hansısa problemli tətbiqin aşkar edildiyi halda isə həmin tətbiq App Store-dan silinir. Qeyd etmək lazımdır ki, uzun müddət ərzində yenilənməyən tətbiqlərin App Store-dan silinməsi barəsində şirkət hələ 2016-cı ildə danışırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər