main-post-cover

    Yeni dizayn və jestlərlə idarəetmə: Youtube-un mobil versiyasında yeni funksiyalar istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    27.10.2020
    Emil Nəcəfov
        Google şirkəti məşhur Youtube servisinin mobil versiyasına bir sıra yeniliklər əlavə edib. İlk növbədə videoservisin mobil versiyasının dizaynında bir sıra dəyişikliklər edilib və videoservisdən idarə mövzusunda yeni jestlər əlavə edilib. Yeni funksiyalar videoservisin Android iOS versiyaları üçün artıq istifadəyə verilməyə başlayıb. Bu barədə 9to5google saytı xəbər verib. Videoservisin mobil versiyası üçün nəzərdə tutulmuş əsas yeniliklərindən biri də genişləndirilmiş jest idarəetməsidir.
        Məsələn bundan sonra istifadəçi videonu tam ekranda izləmək istəsə o sadəcə olaraq öz əli ilə ekranı yuxarı istiqamətə sürüşdürməlidir. Videonu adi rejimə geri qaytarmaq üçün isə istifadəçi ekranı aşağı istiqamətə sürüşdürməli olacaq. Yeni versiyada altyazıların aktivləşdirilməsi düyməsi gizlədilmiş menyudan ekranın yuxarı hissəsinə keçirilib. Bununla yanaşı ekranın yuxarı hissəsinə həmçinin videonun avtomatik işə salınması düyməsi də yerləşdirilib. Yaxın zamanda bu cür dizaynı həmçinin Youtube-un desktop versiyası da əldə edəcək.
    YouTube
        Bundan əlavə olaraq Google şirkəti videoservisdəki videoların hissələrə bölünməsi funksiyasının təkmilləşdirilməsini reallaşdırıb. Qeyd etmək lazımdır ki, bu funksiya uzun xronometraja sahib videoların izlənməsini sadələşdirmək üçün təqdim edilmişdi. Bu funksiyadan istifadə edərək istfadəçi videonun müəyyən edilmiş hissələrinə sürətli keçidi reallaşdıra bilir. Videoservisin yeni versiyasında isə müəllif tərəfindən təyin edilmiş hissələr videonun qırmızı zolağı ilə yanaşı həmçinin videonun alt hissəsində də əks olunacaqlar. Bu yeni funksiyalar hal hazırda yalnız bir sıra ölkələrdə aktivdir və yaxın zamanda bütün Android və iOS istifadəçiləri üçün təqdim olunacaq.
    Linki kopyala