Yenilənmiş Bing axtarış sistemi daxilində olan süni zəka əsaslı çat-bot hamı üçün istifadəyə verilib

Yenilənmiş Bing axtarış sistemi daxilində olan süni zəka əsaslı çat-bot hamı üçün istifadəyə verilib

Servislər
16.03.2023 PAYLAŞIM

    Microsoft şirkəti Bing axtarış sisteminə OpenAI şirkətinin GPT-4 dil modeli əsasında hazırlanmış süni zəka əsaslı çat-botu əlavə edəndən sonra o, son 10 ildə ilk dəfə diqqət mərkəzinə düşdü. İlk növbədə Microsoft Bing daxilindəki çat-botu yalnız məhdud sayda istifadəçilər üçün aktivləşdirmişdi. İndi isə məlum olub ki, yenilənmiş Bing axtarış sistemi daxilində olan süni zəka əsaslı çat-bot hamı üçün aktiv olub və ondan istifadə etmək üçün uzun müddət ərzində gözləməyə ehtiyac qalmayacaq.

    Bing daxilindəki çat-botdan faydalanmaq üçün ilk növbədə Edge brauzerində Bing.com saytına daxil olmaq lazımdır. Bing.com saytının yuxarı sol hissəsində çat bölməsi mövcuddur. İstifadəçi ona klikləməklə çat-botu işə sala bilər. Maraqlısı ondadır ki, Bing daxilindəki çat-botdan faydalanmaq istəyən zaman istifadəçiyə hələ də “Gözləmə siyahısına qoşulma” təklifi təqdim edilir. Lakin buna baxmayaraq həmin təklifə klikləyəndən sonra istifadəçi çat-botdan istifadə edə bilər. Lakin bu məsələdə bir nüans var. Belə ki, çat-botdan faydalanmaq üçün istənilən halda Microsoft istifadəçi hesabına daxil olmaq lazım gələcək. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..


Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı a..

Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin..


Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksi..

Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin ..


Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı s..

Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq is..


Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib..

Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib.


Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib...

×