main-post-cover

    Yenilənmiş Google Search-ə fotoların tərtib edilməsi funksiyası əlavə edilib

    Servislər
    13.10.2023
    Emil Nəcəfov
         Google SGE (Search Generative Experience) özündə süni zəka sistemini birləşdirən yenilənmiş Google Search-dür. Daha öncə bu axtarış sistemində axtarış sorğuları əsasında mətn formatında məlumatların tərtibatı aktiv idi. İndi isə bu yenilənmiş axtarış sisteminə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib. Beləliklə bundan sonra Google SGE istifadəçiləri birbaşa axtarış sistemində fotolar tərtib edə biləcəklər. Qeyd etmək lazımdır ki, Google SGE hal hazırda test rejimində çalışır və ondan Google Labs-da qeydiyyatdan keçmiş istifadəçi hesabları yararlana bilirlər.
    Google
         Bu yenilənmiş axtarış sistemi istifadəçilərin sorğularına cavabları ənənəvi veb səhifələr siyahısı şəklində deyil, internetdə mövcud olan məlumatlar əsasında tərtib edilmiş mətnlər şəklində təqdim edir. İndi isə bu sistemə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib. Funksiyadan istifadə etmək üçün istifadəçi sadəcə olaraq axtarış sorğusu sahəsindəki lazımi sorğudan əvvəl “Draw” və ya “Sketch” sözünü yazmalıdır. Bu funksiya çərçivəsində fotolar Google şirkətinin Imagen sistemi tərəfindən tərtib edilir. İstifadəçinin bir sorğusu çərçivəsində 4 variantda foto tərtib edilir.
         Variantlardan birini seçəndən sonra isə sistem seçilmiş fotonun keyfiyyətini avtomatik şəkildə yaxşılaşdırır. Daha sonra istifadəçi əldə edilmiş fotonu Google Drive-da saxlaya, yükləyə və ya redaktə edə bilər. Onu da qeyd etmək lazımdır ki, sistem tərtib edilmiş hər bir fotoya həm görünən həm də görünməyən işarələri əlavə edir. Bu, hər hansısa istifadəçinin tərtib edilmiş fotonun məhz süni zəka tərəfindən tərtib edildiyindən məlumatlı olması üçün nəzərdə tutulub. Məlumata əsasən təhlükəsizlik məsələsi səbəbilə sistem məşhur şəxslərin fotolarını, zərərli, 18+ və insanlarda yalnış fikirlər yarada biləcək kontentləri tərtib etməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 Ultra-nın kameralarında faydalı özəllik reallaşdırılacaq
    samsung-galaxy-s24-ultra-nin-kameralarinda-faydali-ozellik-reallasdirilacaq
    Exynos 2400 və Snapdragon 8 Gen 3-ün GPU test nəticələri ortaya çıxıb
    exynos-2400-ve-snapdragon-8-gen-3-un-gpu-test-neticeleri-ortaya-cixib
    Honor X50-nin qlobal bazarda təqdimatı hazırlaşır
    honor-x50-nin-qlobal-bazarda-teqdimati-hazirlasir
    OLED ekranlı ilk MacBook nə zaman təqdim olunacaq?
    oled-ekranli-ilk-macbook-ne-zaman-teqdim-olunacaq
    Snapdragon 8 Gen 3 prosessorunu ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib
    snapdragon-8-gen-3-prosessorunu-ilk-elde-edecek-smartfonlarin-siyahisi-teqdim-edilib