Youtube Premium-un faydalı funksiyası iPhone və iPad istifadəçiləri üçün pulsuz təqdim ediləcək
Proqram Təminatı
Servislər
14.07.2022
Farid Pardashunas
Google şirkəti Youtube Premium-da mövcud olan vacib funksiyanın pulsuz şəkildə iOS və iPadOS-də istifadəyə veriləcəyini elan edib. Söhbət, picture-in-picture funksiyasından gedir. Qeyd etmək lazımdır ki, sözügedən funksiya vasitəsilə istifadəçi Youtube videosunu kiçik pəncərədə izləyə və bu zaman cihazda digər əməliyyatları yerinə yetirə bilər. Bu funksiyadan hal hazırda yalnız aylıq ödənişli abunəliyə sahib Youtube Premium istifadəçiləri faydalana bilirlər. Lakin yaxın zamanda o, pulsuz şəkildə Youtube-un iOS və iPadOS versiyalarında da istifadəyə veriləcək. Bu barədə elan Google şirkətinin dəstək xidməti səhifəsində yerləşdirilib.
Beləliklə iPhone və iPad istifadəçiləri Youtube Premium əldə etmədən picture-in-picture funksiyasından istifadə edə biləcəklər. Bu funksiyadan istifadə etmək üçün həmin istifadəçilər Youtube daxilində istənilən videonu işə salmalı və işlətdikləri cihazdan asılı olaraq ekranın aşağı hissəsindən sürüşdürmə hərəkətini reallaşdırmalı və ya Home düyməsinə klikləməklə ana səhifəyə çıxış etməlidirlər. Bu halda Youtube-da işə salınmş video kiçik ölçülü ekranda aktiv olaraq qalacaq. İstifadəçi digər tətbiqlərdən istifadə zamanı həmin kiçik pəncərəni həmçinin ekranın müxtəlif hissəsinə daşıya bilər. Qeyd etmək lazımdır ki, picture-in-picture funksiyası pulsuz şəkildə ilk növbədə ABŞ-dakı iPhone və iPad istifadəçiləri üçün aktiv olacaq. Funksiyanın digər regionlarda pulsuz istifadəyə verilib-verilməyəcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ