Youtube üçün olan bu yeni faydalı funksiyadan artıq hamı yararlana bilər

Youtube üçün olan bu yeni faydalı funksiyadan artıq hamı yararlana bilər

Servislər
29.05.2020 PAYLAŞIM

    Keçən ay məşhur videoservis olan Youtube faydalı funksiya anons etmişdi. Söhbət, uzun xronometrajlı videokontentlərin müəyyən hissələrə ayrılmasından gedir. İndi isə bu funsiya sonunda hamı üçün aktiv olub. Bununla yanaşı sözügedən funksiyadan istifadə təlimatları həm adi istifadəçilər həm də kontent müəllifləri üçün təqdim olunub. Bu barədə Slashgear saytı xəbər verib. Bu yeni faydalı funksiyanın anonsu Youtube servisinin Twitter səhifəsində baş verib.

    Youtube tərtibatçıları qeyd ediblər ki, onlar bu yeni funksiyanın imkanlarını genişləndiriblər. Beləliklə bundan sonra istifadəçilər Youtube servisində hər hansı uzun xronometrajlı videokontentə daxil olan zaman playerin zaman zolağında kontentin qısa başlıqlı hissələrini aşkar edə biləcəklər. Bu üsul ilə istifadəçilər videokontentin lazımi hissəsini sürətlə tapa biləcəklər. Qeyd etmək lazımdır ki, videoların müəyyən hissələrə ayrılması videokontent müəllifləri üçün məcburi deyil.


YouTube

    Onlar bunu öz videolarında reallaşdırmasalar istifadəçilər əvvəlki kimi videonu geri və ya qabağa 10 saniyəli intervalla çevirməli olacaqlar. Əgər müəllif öz videolarına bu yeni özəlliyi əlavə etmək istəyirsə, onda videodakı qısa hissələrin sayı minimum 3 olmalıdır və onların xronometrajı 10 saniyə çəkməlidir. Sözügedən yeni funksiya Youtube servisinin veb, Android iOS versiyalarında artıq aktivdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Search-un mobil versiyasına sonsuz axtarış nəticələri səhifəsi əlavə edil..

Google Search-un mobil versiyasında böyük dəyişiklik baş verib. Baş vermiş dəyişiklik lazımi məlumat..


Google Play-dən tətbiqlərin quraşdırılması daha sürətli olacaq

Google şirkəti Google Play-dən olan tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını anons ..


Netflix kənar şəxslərin hesablarından istifadə edənlərə qarşı müharibə elan edib..

Netflix servisi kənar şəxslərin istifadəçi hesablarından istifadə edən insanlarla mübarizə aparacaq ..


Microsoft ünsiyyət üçün Mesh adlı holoqrafik servisi təqdim edib (VİDEO)

Microsoft şirkəti virtual mühitdə çalışmaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulmuş Mesh adlı platfo..


Google hiyləgərcəsinə istifadəçiləri ödənişli servisə keçirtməyə çalışır..

Google şirkəti özünün Photos servisindəki premium funksiyaları aktiv şəkildə reklam etməyə başlayıb...


Servisdə yaddaş həcmi limiti: Məşhur Google Photos servisinin pulsuz imkanı məhd..

Google Photos servisində ödənişli funksiyaların ola biləcəkləri barəsində məlumat sızıntılarından so..

×