Logo
    main-post-cover

    10 il bundan öncə Telegram necə bir dizayna sahib idi?

        Dünən Telegram-ın 10 yaşı tamam oldu. Bu münasibətlə Telegram-ın yaradıcısı Pavel Durov messencerin ilkin versiyalarından birinin sahib olduğu interfeysin arxiv fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, 10 il bundan öncə messencerin dizaynı fərqli tərzdə olub. Bununla yanaşı məlum olub ki, Telegram-da bu il istifadəyə verilmiş funksiyalardan biri hələ 10 il bundan öncə messencerdə istifadəyə verilə bilərmiş. Durov bildirib ki, Telegram-ın test versiyası hazır olanda o artıq istifadəçi hesabına fotoların əlavə edilməsi funksiyasına sahib olub.
        Bundan əlavə olaraq messencerin ilk test versiyasında həmin fotolara reaksiya bildirmək imkanı da mövcud olub. Bu funksiya bir neçə müddət bundan öncə messencerdə istifadəyə verilmiş Stories paylaşımı funksiyasını xatırladır. “Stories paylaşımları funksiyası 10 il bundan öncə Telegram-ın stabil versiyasına daxil olmasa da, o, ilk əvvəldən planlarda olub” - deyə Durov qeyd edib. Üstəlik təqdim edilmiş arxiv fotolardan görmək olar ki, Telegram-ın ilk versiyasının interfeysi Vkontakte sosial şəbəkəsinin interfeysini xatırladıb. Əslində bu heç də təəccüblü deyil. Çünki Vkontakte-nin də yaradıcısı məhz Pavel Durov-dur.
    Paylaş
    Bənzər xəbərlər