main-post-cover

    1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib

    Sosial Media
    02.08.2021
    Emil Nəcəfov
        Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası bütün istifadəçilər üçün təqdim olunub. Beləliklə Telegram-ın yeni versiyası bir çox yeni funksiyanı özündə birləşdirir. Onlardan ən əsası isə 1000 istifadəçinin iştirakı ilə videokonfransların keçirilməsidir. Telegram 7.9-da qrup videozənglərinin ikinci versiyası təqdim olunub.
    Telegram
        Qrup zənglərinin ikinci versiyasında 1000 istifadəçinin iştirakı dəstəklənir. Lakin eyni anda yalnız 30 nəfər iştirakçı canlı yayımı apara bilər. Yerdə qalan 970 nəfər isə dinləyici rolunda çıxış edir. Tərtibatçıların fikirlərinə əsasən Telegram mühazirələr, konsertlər və digər kütləvi tədbirlər üçün əla platforma ola bilər. Məlumatda qeyd edilib ki, yaxın zamanda 1000 iştirakçı limiti də aradan qalxacaq. Beləliklə canlı yayımlarda istənilən sayda istifadəçi iştirak edə biləcək.
    Telegram
        Video formatında olan mesajlar da ikinci versiyaya kimi yeniləniblər. Bu formatda olan mesajların təsvir keyfyyətləri yüksəlib. Bundan əlavə olaraq videolardakı timer-i irəli və geri sürüşdürmək olar. Həmçinin video formatında mesaj yazılanda smartfondakı musiqi avtomatik şəkildə dayandırılmır. Telegram 7.9-da olan digər yeniliklər isə aşağıdakı kimidir:
    Telegram
    - Yenilənmiş videoplayerdə videonun sürətləndirilməsi və ya yavaşlandırılması
    - Smartfon ekranının səs ilə birlikdə canlı yayımda ötürülməsi
    - Avtomatik silinən mesajlar funksiyasına 1 aydan sonra avtomatik silinmə özəlliyinin əlavə edilməsi
    - Pin kod vasitəsilə tətbiqin bloka salınıb və ya blokdan çıxarılması zamanı işə düşən yeni animasiyalar
    - Telegram-ın iOS versiyasındakı kamerasında yeni funksiyalar
    - iOS-də bir mesajı eyni anda bir neçə nəfərə göndərmək imkanı
    - Yeni animasiyalı emojilər
    - Tətbiqin Android versiyasında yeni animasiyalar.
    Sözügedən yenilənmələr artıq Telegram-ın Android, iOS, Windows macOS versiyalarında aktivdir.
    Linki kopyala