12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir.

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir.

Sosial Media
08.10.2019 PAYLAŞIM

    12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir. TEDxBHOS tədbiri 6 spikerin müəyyən olunmuş mövzu ətrafında 18 dəqiqəlik çıxışından, gözəl musiqi performanslarından ibarətdir. 12 oktyabrda tamaşaçıları səhnədə Benish GPS Azərbaycan şirkətində marketinq direktoru olan Türkan Fərzəliyeva, SOCAR Türkiyənin maliyyə riskləri və xəzinə koordinatoru Ali Ağaoğlu, ZehinX youtube kanalının təsisçisi və müəllifi Fuad Əliyev, BP şirkətinin rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə aparıcı mütəxəssisi Turxan Əhmədov, Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant və treyneri Aida Nəbiyeva, EY Azərbaycan şirkətinin baş mühasibi Könül Məlikova qarşılayacaqdır.

    TEDx konfransının əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək, onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir. Konfrans bütünlükdə “Praqmatizm” mövzusuna həsr edilib. Tədbir Özsütün baş sponsorluğu, SOCAR, BANM, LİBRAFF mağazalar şəbəkəsinin dəstəyi və Technote`un və Edumap.az`un media dəstəyi ilə həyata keçirilir. Konfrans barəsində daha ətraflı https://www.facebook.com/events/468543067092658/ linkindən məlumat ala bilərsiniz. Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən, iTicket.az saytından və https://bit.ly/TEDxBHOS2019 veb ünvanından əldə edə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..


Whatsapp-da mesajlara emojilər vasitəsilə reaksiya bildirmək imkanı hamı üçün is..

Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq h..


Zəif smartfonlar üçün olan Youtube Go-nun fəaliyyəti dayandırılacaq

Google şirkətinin fəliyyətini dayandırmış servislər siyahısına yaxın zamanda yenisi daxil ediləcək...


Instagram-da TikTok-dakı kimi tam ekran ölçülü paylaşımlar göstəriləcək..

Instagram-ın ana səhifəsində reallaşdırılacaq yenilik paylaşımların TikTok-dakı kimi görünməsinə imk..


Telegram-da premium abunəlik: Premium istifadəçilər hansı üstünlüklərə sahib ola..

Telegram-ın yaradıcısı Pavel Durov messencerin monetizasiyası üçün əlavə üsulların axtarışını davam ..

×