main-post-cover

    2012-ci ildə Facebook əməkdaşları istifadəçi məlumatlarının satılmasını müzakirə ediblər

    Sosial Media
    29.11.2018
    Farid Pardashunas
        2012-ci ildə uğursuz keçirilmiş IPO-dan sonra Facebook şirkəti əlavə gəlir mənbəyinin olacağı üsullar axtarırdı. Həmin vaxtda şirkətin bilinməyən əməkdaşı şirkətin daxili elektron poçt sistemi vasitəsilə əlavə gəlir mənbəyi kimi olacaq bir üsulun təklifini göndərmişdi. Belə ki, həmin şəxs istifadəçi məlumatlarının təqdim olunmasına sorğu göndərəcək müxtəlif tətbiq tərtibatçılarına API-ların verilməsini təklif edirdi. Bununla belə təklifdə qeyd olunurdu ki, bu cür xidmətin dəyəri ildə 250.000$ olmalıdır. Bu xəbəri Techcrunch saytı The Wall Street Journal-a istinadən bildirib.
        Məlumata əsasən Facebook əməkdaşları bu məsələdə məşhur tanışlıq servisi olan Tinder-dən olmuş təklifi müzakirə edirdilər. Belə ki, Tinder servisi Facebook istifadəçilərinin dostları barəsində məlumatların təqdim olunmasını təklif etmişdi. Nəticədə Facebook şirkəti API-ların təqdim edilməsi planından vaz keçdi və Tinder ilə müqavilə bağlamadı. Şirkət həmçinin bu mövzuda Amazon Royal Bank of Canada kimi şirkətlərlə əməkdaşlıqdan da imtina etdi. Bu vəziyyət barəsində məlumatı The Wall Street Journal saytı artıq yekunlaşmış məhkəmə prosesi sayəsində əldə edib.
        Həmin məhkəmə iddiasını isə Facebook-a qarşı bikini photo finding app Six4Three tətbiqinin tərtibatçısı qaldırmışdı. Məhkəmə iddiasında tərtibatçı qeyd etmişdi ki, 2014-cü ildə istifadəçi məlumatlarının əldə olunmasının məhdudlaşdırılması üçün Facebook şirkəti API-ların verilməsində imtina etmişdi. Tərtibatçının sözlərinə görə nəticədə şirkət antirəqabət praktikasını pozmuşdu. Bu məsələdə əsas böyük sual ondan ibarətdir ki, API-ların satılması mövzusu hansı dərəcəli əməkdaşlar tərəfindən müzakirə olunub.
        Əgər bu məsələni Mark Zuckerberg də daxil olmaqla idarəedici heyət müzakirə edibsə, onda bu, şirkətin istifadəçi məlumatlarının satılmasının qeyri-mümkün kimi qeyd olunduğu fəlsəfəsinə ziddir. Əgər bu məsələ aşağı dərəcəli əməkdaşlar tərəfindən müzakirə olunubsa, deməli şirkətin idarəedici heyəti bu təklifi nəzərdən keçirdib və nəticədə ondan imtina edib. Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında ABŞ Konqressi qarşısında çıxış etmiş Mark Zuckerberg bildirmişdi ki, şirkət istifadəçi məlumatlarının satılması ilə məşğul deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər