Logo
    main-post-cover

    2013-cü ildə mövcud olmuş veb saytların 38%-i artıq qeyri-aktivdir

    Sosial Media
    20.05.2024
    Emil
         Pew Research Center adlı şirkətin yeni araşdırması online kontentlərin nə dərəcədə sürətlə yeniləndiklərini göstərib. Belə ki, şirkət analitiklərinin araşdırmalarına əsasən 2013-cü ildən 2023-cü ilə kimi yaradılmış veb saytların 1/4 hissəsi 2023-cü ilin oktyabr ayına olmuş statistikaya əsasən artıq mövcud deyil. Daha köhnə kontentlər üçün isə yox olma tendensiyası daha nəzərə çarpandır. Belə ki, 2013-cü ildə yaradılmış veb saytların demək olar 38%-i artıq aktiv deyil. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2023-cü ildə aktual olmuş veb resursların hal-hazırda yalnız 8%-i aktiv deyil.
         Pew Research Center şirkətinin analitikləri cari ilin yaz fəsli üzrə dövlət və xəbər saytlarında ortaya çıxmış linkləri və Wikipedia-nın References adlı bölməsindəki linkləri analiz ediblər. Analiz nəticəsində məlum olub ki, xəbər saytlarının 23%-də, dövlət saytlarının isə 21%-də minimum bir ədəd çalışmayan link mövcuddur. Wikipedia-dakı səhifələrin 54%-də də minimum bir ədəd çalışmayan link var. Mütəxəssislər həmçinin təyin ediblər ki, sosial şəbəkələrdə paylaşılmış hər beşinci paylaşım paylaşılandan bir neçə ay sonra qeyri-aktiv hala keçid edir. İstifadəçi hesabları isə 60%-lik ehtimalda qeyri-aktiv olurlar. 40%-lik ehtimalda istifadəçilər paylaşımlarını özləri silirlər.
    Paylaş
    Bənzər xəbərlər