
2023-cü ildə istifadəçilər TikTok daxilində ümumilikdə 10 milyard dollar vəsait xərcləyiblər
Sosial Media
11.01.2024
Emil
Bloomberg saytının vermiş olduğu hesabata əsasən TikTok öz daxilində xərclərin il ərzində 10 milyard dollara çatmış ilk tətbiq olub. Daxilində o qədər də ciddi alış-veriş sisteminin olmadığı bu sosial şəbəkə istifadəçilərə öz sevdikləri video müəlliflərinə ödənişlər etmək imkanını təqdim edir. Bloomberg tərəfindən təqdim edilmiş hesabatda xərclər də məhz bu ödənişlərdir. 2023-cü il üzrə istifadəçilərin TikTok daxilində ümumilikdə 10 milyard dollar xərcləmələri bu sosial şəbəkənin nə dərəcədə məşhur olduğunu göstərir. Ümumilikdə isə istifadəçilər müxtəlif tətbiqlər daxilində 2023-cü il ərzində 64 milyard dollar vəsait xərcləyiblər. Yəni ümumi xərclənmiş bu vəsaitin 15%-i məhz TikTok-un payına düşüb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
