main-post-cover

    2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq

    Sosial Media
    28.12.2022
    Emil Nəcəfov
        Whatsapp hələ də dünyanın ən məşhur messenceri statusunu özündə qoruyub saxlayır. Lakin bir neçə gündən sonra istifadəçilərin bir hissəsi sözügedən messencerdən istifadə etmək imkanından məhrum olacaqlar. Belə ki, 2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq. Məlumata əsasən 31 dekabr tarixindən sonra messencer artıq bəzi köhnə smartfonlarda çalışmayacaq. Siyahıya 47 smartfon modeli daxil olacaq. Onların arasında Apple, Samsung, Sony, LG, Huawei və s. smartfonlar var. Məsələ burasındadır ki, siyahıda olan smartfonlar üçün Whatsapp-ın nəzərdə tutulmuş versiyaları artıq köhnəlib və onlar artıq problemsiz şəkildə çalışmaq imkanına sahib deyillər. Beləliklə 2023-cü ilin əvvəlində messencerin artıq çalışmayacağı smartfonlar aşağıdakılar olacaqlar:
    - Apple iPhone 5
    - Apple iPhone 5c
    - Archos 53 Platinum
    - Grand S Flex ZTE
    - Grand X Quad V987 ZTE
    - HTC Desire 500
    - HUAWEI Ascend D
    - HUAWEI Ascend D1
    - HUAWEI Ascend D2
    - HUAWEI Ascend G740
    - HUAWEI Ascend Mate
    - HUAWEI Ascend P1
    - Quad XL
    - Lenovo A820
    - LG Enact
    - LG Lucid 2
    - LG Optimus 4X HD
    - LG Optimus F3
    - LG Optimus F3Q
    - LG Optimus F5
    - LG Optimus F6
    - LG Optimus F7
    - LG Optimus L2 II
    - LG Optimus L3 II
    - LG Optimus L3 II Dual
    - LG Optimus L4 II
    - LG Optimus L4 II Dual
    - LG Optimus L5
    - LG Optimus L5 Dual
    - LG Optimus L5 II
    - LG Optimus L7
    - LG Optimus L7 II
    - LG Optimus L7 II Dual
    - LG Optimus Nitro HD
    - Memo ZTE V956
    - Samsung Galaxy Ace 2
    - Samsung Galaxy Core
    - Samsung Galaxy S2
    - Samsung Galaxy S3 mini
    - Samsung Galaxy Trend II
    - Samsung Galaxy Trend Lite
    - Samsung Galaxy Xcover 2
    - Sony Xperia Arc S
    - Sony Xperia miro
    - Sony Xperia Neo L
    - Wiko Cink Five
    - Wiko Darknight ZT
    Linki kopyala