Logo
    main-post-cover

    2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!

    Sosial Media
    03.12.2024
    Aslan

          Əməliyyat sisteminin versiyası köhnəlmiş smartfonlar üçün WhatsApp dəstəyi dayandırılır. 2025-ci ildə WhatsApp dəstəyinin kəsiləcəyi iPhone və Android cihazlar bunlardır...

          WhatsApp-ın dəstəyi kəsiləcək telefonların siyahısı yenilənməyə davam edir. Son açıqlamaya görə, 2025-ci ildən etibarən bəzi iOSAndroid cihazları tətbiqə daxil ola bilməyəcək. Əgər aşağıdakı cihazlardan birini istifadə edirsinizsə, bu, bugündən etibarən tətbiqi işlədə bilməyəcəyiniz anlamına gəlir. Verilən məlumata əsasən, 5 may 2025-ci ildən etibarən WhatsApp-ın işləməsi üçün iOS 15.1 və ya daha yüksək versiyalar tələb olunacaq. Bu isə iOS 12.5.7-dən sonra yenilənmə imkanı olmayan köhnə iPhone istifadəçilərinin tətbiqdən istifadə etmək üçün cihazlarını yeniləməli və ya daha müasir bir telefona keçməli olduqları deməkdir.
          Bu dəyişikliyin əsas səbəbi, yeni iOS versiyalarının daha inkişaf etmiş funksiyalara malik olmasıdır. Beləliklə, WhatsApp daha yeni iOS versiyalarına yönəlməklə istifadəçilərinə daha yaxşı təcrübə təqdim etməyi hədəfləyir.

         WhatsApp dəstəyi kəsiləcək Apple cihazları:

    • iPhone 5
    • iPhone 5C
    • iPhone 6 seriyası
     

         WhatsApp dəstəyi kəsiləcək Samsung cihazları:

    • Galaxy Ace Plus
    • Galaxy Note 3 seriyası
    • Galaxy S4 Mini
    Paylaş