28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Sosial Media
29.05.2020 PAYLAŞIM

    Korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi olaraq “Azercell Telekom” MMC Azərbaycan Milli Cümhuriyyətinin yaranması günündə ölkə vətəndaşları arasında xüsusi həssas təbəqələri yenə də diqqət mərkəzində saxladı. İmişli, Ağstafa və Şamaxı rayonlarından 1000-dən artıq Qarabağ əlilləri və Çernobl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən əlillərin ailələri, eləcə də aztəminatlı ailələrə şirkət tərəfindən ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylanıldı.

    Bu xeyriyyə təşəbbüsü zamanı da sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt” MMC tərəfindən müxtəlif ünvanlara çatdırılıb. Qeyd edək ki, əlil və aztəminatlı ailələrin siyahısı yerli İcra Hakimiyyəti orqanları tərəfindən təqdim olunub. 


    Xatırladaq ki, bundan öncə də "Azercell Telekom” MMC həssas qrup kateqoriyasından olan insanlara qayğı və dəstək məqsədilə Novruz bayramı və Ramazan bayramı münasibətilə, eləcə də koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində 10 000-dən çox aztəminatlı və əlil üzvü olan ailəyə bayram sovqatı paylamışdı.

    Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq  öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət "Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

    "Azercell Telekom” MMC bundan sonra da ölkəmizin əhalisinin ən həssas təbəqələrini diqqət mərkəzində saxlayaraq onlara sosial qayğı göstərməkdə davam edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın keçmiş prezidenti Donald Trump öz sosial şəbəkəsini istifadəyə verəcək..

ABŞ-ın keçmiş prezidenti Donald Trump TRUTH Social adlı fərdi sosial şəbəkəni istifadəyə verəcəyini ..


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..

×