Instagram IGTV servisindən imtina edib

Instagram IGTV servisindən imtina edib

Sosial Media
06.10.2021 PAYLAŞIM

    Instagram etiraf edib ki, uzun videolar üçün nəzərdə tutulmuş IGTV adlı təşəbbüs o qədər də uğurlu olmayıb. Buna görə də Instagram bugündən IGTV-nin adını Instagram TV-yə dəyişir və IGTV-nin eksklüziv video formatından imtina edir. Beləliklə bundan sonra Instagram-n ana səhifəsinə yüklənən videonun xronometrjaı 60 dəqiqə təşkil edə bilər. Daha öncə bu cür imkan yalnız IGTV videoları üçün aktiv idi. Qeyd etmək laızmdır ki, IGTV 2018-ci ildə təqdim olunmuşdu və Youtube servisinin alternativ variantı kimi planlaşdırılırdı.

    Bu servis istifadəçilərə uzun xronometraja sahib videoların paylaşılması və bu cür videoların izlənməsi imkanını verirdi. Lakin bu cür format o qədər də məşhurlaşmadı və üstəlik bir neçə aydan sonra TikTok servisi istifadəyə verildi. 2020-ci ildə Instagram öz əsas diqqətini qısa videolar üçün nəzərdə tutulmuş Reels servisinə yönəltmişdi. Şirkətin fikrincə Reels TikTok ilə rəqabət aparmalıdır. Nəticədə IGTV ikinci plana keçmişdi. Reels videoların müəyyən səviyyədə məşhurluq əldə etmələrinə baxmayaraq onlar TikTok-un göstəricilərindən hələ çox uzaqdırlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..


Telegram-da reklam xarakterli mesajlar istifadəyə veriləcək

Telegram-dakı interfeysin dilinin dəyişdirilməsi bölməsində messencer daxilində olacaq sponsor xarak..

×