main-post-cover

    Instagram-a canlı yayımlar ilə bağlı yenilik əlavə edildi

    Sosial Media
    15.05.2020
    Emil Nəcəfov
        Facebook şirkəti məşhur Instagram fotoservisinin canlı yayımlar özəlliyinə yeni funksiya əlavə edib. Belə ki, bundan sonra Instagram-da olmuş canlı yayımları IGTV-də saxlamaq mümkün olacaq. Qeyd etmək lazımdır ki, daha əvvəllər canlı yayım videolarını yalnız 24 saat müddətində Stories-də saxlamaq mümkün olurdu. Instagram tərtibatçıları bu yeni özəlliyi o səbəbə görə əlavə ediblər ki, bir çox musiqiçilər xüsusi karantin dövründə canlı yayım vasitəsilə daha çox konsertlər keçirdərək insanlara dəstək olurlar. Bununla yanaşı istifadəçilər Instagram-dakı canlı yayım videolarını yükləyərək onları Youtube kimi servislərdə paylaşa bilərlər.
    Linki kopyala