Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Sosial Media
07.06.2023 PAYLAŞIM

    Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər arasında çox məşhur olublar. Buna görə də heç təəccüblü deyil ki, böyük İT şirkətlər bu cür sistemləri öz məhsullarına inteqrasiya etməkdə həvəslidirlər. İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda süni zəka əsaslı çat-bot həmçinin Instagram-da da istifadəyə verilə bilər. Onların sözlərinə əsasən çat-bot artıq yaxın zamanda təqdim edilə bilər. Təqdim edilmiş screenshot fotoya əsasən çat-bot istifadəçinin suallarına cavab və onlara məsləhət verə biləcək. Bununla yanaşı insayderlər bildiriblər ki, çat-bot personallaşdırılmış ayarları əldə edəcək.


    Onların sayəsində istifadəçi çat-botu üsntünlük verdiyi faktorlara əsasən ayarlaya biləcək. Mətn formatında mesajların fərdi şəkildə tərtib edilməsində çətinlik çəkən istifadəçilər üçün Instagram daxilində süni zəka əsaslı çat-botun istifadəyə verilməsi çox faydalı ola bilər. Həmçinin güman edilir ki, çat-bot çatlarda digər istifadəçilər ilə ünsiyyət zamanı da istifadə edilə bilər. Süni zəka əsaslı çat-botun Instagram daxilində nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Hələ bu ilin fevral ayında Meta-nın CEO-su Mark Zuckerberg bildirmişdi ki, şirkət Instagram, Messenger Whatsapp üçün süni zəka alqoritmləri üzərində çalışır. 



DAHA ÇOX


Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək ye..


Whatsapp-a yeni vacib təhlükəsizlik funksiyası əlavə ediləcək

Whatsapp-ın 2.23.20.4 nömrəli yeni beta versiyasında yeni maraqlı funksiyanın testinə start verilib...


Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istif..


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..

×